Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dərin” Amerika öz qazancı naminə daha nə qədər insanı qurban verəcək?..

İnanmaq çətindir, amma 11 sentyabr hücumlarından sonra ABŞ-ın 21 ölkəni əhatə edən əməliyyatlarında 27 milyon müsəlman ölüb...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 28 noyabr 2019-cu il

Ad çəkib kobudluq etmək istəmirəm. Onsuz da hər kəs hər şeyi anlamağa başlayıb. Hər nə qədər daxildə yerli oyunçuları görsək də, onların yol xəritəsi xaricdə hazırlanır. Bu gün dünyada sərhədlər qalxıb, enerji, pul və kommunikasiya sürətlənməyə başlayıb. Belə olduqda təbii ki, ittifaqlar da gözləniləndir. Buna bir sözüm yoxdur. Lakin əsas problem ittifaqını gizlədənlərdir. Qarşıdakı dönəmdə xaricdə təməlləri atılmış önəmli bir cəbhənin təsirini hiss edəcəyik.

Bir sarsıntı yaratmaq üçün çox çalışırlar. Məqsədləri bir dəyişiklik yaratmaqdır və birlikdə işləyəcəkləri insanlar da hazırdır.

“Dərin” Amerika qısa zamanda Tehrana hərbi əməliyyat keçirilməsini istəyir. Con Bolton da bu məsələdə Donald Trampı razı sala bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Bu gün Trampa qarşı başladılan vəzifədən uzaqlaşdırma prosesinin mərkəzində duran səbəblər Trampın İran hərəkatına qarşı çıxması və Türkiyə ilə Pakistanda nəzərdə tutulan əməliyyatlara icazə verməməsidir. “Dərin” Amerika Trampı razı salmaq üçün 20 üsuldan istifadə edib. Ailəsi ilə prosesdə Rusiya və Ukraynanın addımları da lazımi nəticəni vermədi.

Yəni “Dərin”lər heç cür istədikləri nəticəni əldə edə bilmədilər.

11 sentyabr hadisələrini elmi baxımdan təhlil edən komandanın rəhbəri Dr. Barret: “ABŞ 2001-dən sonrakı müharibə siyasəti üçün 7 trilyon dollar xərcləyib. Bunu Tramp da təsdiq edir”, deyir. İnanmaq çətindir, amma 11 sentyabr hücumlarından sonra ABŞ-ın 21 ölkəni əhatə edən əməliyyatlarında 27 milyon müsəlman ölüb. Bunu deyən isə kraliça II Elizabetin Yaxın Şərq və Afrika üzrə müşaviri Dr. Giden Polyadır.

İndi “Dərin” Amerikanın müharibə tələbinin Vaşinqtona nə qədərə başa gəldiyinə nəzər salaq. Pentaqonda müharibə istəməyən komandanın hazırladığı hesabatda ABŞ-ın Tehranda rejimi hərbi yolla dəyişdirməsi üçün ən azı 350 min əsgərə ehtiyacı var.

150 min Amerika əsgərinin iştirak etdiyi İraq işğalında xərclər 1 trilyon dollara çatarkən, ilk mərhələdə 350 min Amerika əsgəri ilə başlayacaq hərəkat ABŞ-a 3,2 trilyona başa gələcək. Hələ bu, ən ucuz göstəricidir. Yəni bu rəqəmin azalmaq ehtimalı yoxdur, amma artmaq ehtimalı çoxdur.

“Dərin” Amerikanın liderləri, yəni silah lobbisi 3-4 trilyon dollarlıq xərcdən ən azı 1,7 trilyon dollar qazanc əldə etməyi planlaşdırır. Əlbəttə ki, bu qazanc çox böyükdür. Sonradan İran neftinin silah lobbisi arasında bölüşdürülməsi də ən azı 10 trilyon qazanc vəd edir. Lakin müharibənin xərcini çəkən Amerika Maliyyə Nazirliyi hərbi əməliyatlara qarşı çıxır. Çünki təkcə İran yox, Türkiyənin də qarşı çıxdığı, Suriyada qurulacaq olan quruluş üçün də hərbi qüvvə lazımdır.

Hesabatlarda göstərilir ki, Türkiyənin hərbi hərəkatla dəf etdiyi quruluşları dövlətə çevirmək və İraqdan Aralıq dənizinə açılan qapını aralamaq üçün xərclər 4,1 trilyon dollara çatacaq. Yenə İraq neftinin və Aralıq dənizindəki zənginliklərin bəzi qüvvələr tərəfindən bölüşdürülməsi də 20 trilyon dollar qazanc gətirəcək. Hesabatlarda bu da göstərilir.

Qazancını hesablayan qüvvələr üçün iştah açan bir vəziyyət var. Zərərçəkənləri, həyatını itirəcək şəxsləri heç kim düşünmür. İnsan faktorunu nəzərə almadan planlar qururlar.

Məhz buna görə, Lokhid Martin və Nortrop Qruman İran əməliyyatının tezliklə başlanmasını istəyir. Amerika mediasındakı bəzi yazıçılara baxsaq, xalqı bu məsələdə razı salacaq yazıların çoxaldığını görmək olur.

İranın nüvə silahına sahib olduğunu və İsraili vura biləcək qədər gücləndiyini deyənlər var. İraq işğalından əvvəl keçirilən bu tətbiqdən nəticə alınıb alınmayacağı hələ məlum deyil, amma araşdırmalar göstərir ki, Vaşinqtonda Tehran rejiminin dəyişməsini istəyənlərin sayı hər gün daha da artır. Hətta yeni 11 sentyabr ssenariləri belə müzakirə edilir.

Belə bir hücumun faydalı olub olmayacağı məlum deyil, amma Trampın qarşı dura bilməyəcəyi bir qapı açılır. Ağ Ev belə müharibəyə mane ola bilməz. Bu gün dolların hər keçən gün daha da dəyərləndiyi bilirik. Ona görə, Tramp bu böyük dərin quruluşun qarşısında dayanmaq istəsə də, uğurlu ola bilməyəcək. Gələcəyin maliyyəni və enerjini idarə etməkdən keçdiyini hamımız görürük. Artıq gizli bir şey qalmayıb.

Bu iki qüvvəni ələ keçirmək üçün silah ən güclü variantdır. Dərin Amerika da əlindəki bu gücün fərqində olduğu üçün artıq daha aqressiv davranmağa məcburdur.

Dərin Amerika üçün Avropa, Asiya və ya Yaxın Şərqlə Afrika arasında bir fərq yoxdur. Əllərindəki gücdən istifadə etmək üçün pula nəzarət etməli olduqlarını başa düşdülər. Lakin maliyyə Dərin ABŞ-ın qarşısında deyildi və əməliyyatlar rahat keçirilirdi. İndi isə elə deyil. Maliyyə müharibəsi istəmirlər. Bu ABŞ daxilindəki davanı böyüdür.

Miç Mekkonel prezident Trampa sonuncu dəfə xəbərdarlıq edib. Yəni Dərin ABŞ-ın Dərin üzvü Ağ Evi rəsmən təhdid etdi.

Müharibə ssenariləri və ondan sonrakı paylanma üçün planlar hazırdır. Tramp hal-hazırda qoruyucu vəzifədədir. Ağ Evi yaxşı izləsək, hadisələri görə bilərik. Əldə etmək istədikləri nəticələr üçün hər yolu yoxlayacaqlar. Öz rifahları üçün hər cür çılğınlığı edərlər...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar