Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Yaxşı maaş olsa, hamı işləmək istəyər"

"Deyirlər ki, camaat işləmək istəmir, yalandır. Yaxşı maaş olsa, hamı işləmək istəyər"...

“Burada rəqəmləri qabardırlar. Biz pensiya yaşının azaldılmasını, uşaq pulu verilməsini insanların sosial durumunun yaxşılaşdırılması üçün deyirik”.

PİA.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, növbəti illərdə uşaqlara qulluq üçün verilən vəsaitə yenidən baxılmasının vacibliyi Hesablama Palatasının rəyində də qeyd edilib: “Eyni zamanda dəfn xərclərinin də artırılması təklif edilir. Heç olmasa insana doğulanda və öləndə dəyər verək. Çoxlu insanımız naşı səhiyyə sistemi ucbatından dünyasını dəyişir. Sağlamlıq problemlərindən ölənlərin sayı kifayət qədərdir. Azərbaycanda keyfiyyətli səhiyyə yoxdur. Pulu olmayan Türkiyəyə, xaricə müalicəyə gedə bilmir, vəfat edir. Məşğulluqla bağlı məsələyə də ciddi diqqət yetirməliyik. Məşğulluq xidmətlərində qeyri-müəyyən, yalandan iş təklifləri edirlər. Bu mexanizm canlandırılmalıdır. Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Özəl sektor canlandırılmalıdır. Deyirlər ki, camaat işləmək istəmir. Yalandır. Normal iş yeri olsa, hamı gedib işləyər. Yaxşı maaş olsa, hamı işləmək istəyir”.

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar