Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiyanın alternativi qlobal totalitarizm olacaq? - İlham İsmayılla müsahibə

Təhlükəsizlik üzrə ekspert: “Mikroçip yeni dünya sistemi yaradacaqmı? Bu suala tam cavab vermək hələ çətindir”...

“Mikroçiplər hələ ki, çox məhdud proqramlar üzrə hazırlanır və könüllü tətbiq olunur. Ona görə də mikroçiplərə demokratiya və diktatura arasında mübarizə aləti kimi baxmaq inandırıcı deyil”.

Son zamanlar mikroçiplər vasitəsi ilə insanların qlobal şəkildə idarə olunması və izlənməsi ilə bağlı çoxlu sayda teoriyalar, iddialar və komploteoriyalar ortaya atılır. Koronavirus pandemiyası başladıqdan sonra isə bu iddialar daha da geniş yayılmağa başlayıb. Belə bir komploteoriyalar irəli sürülür ki, koronavirus laboratoriya məhsuludur və bu pandemiya əslində insanları idarə etmık üçün böyük bir məşqdir. Hətta iddia olunur ki, pandemiyadan sonra viruslara qarşı universal vaksin adl altında insanların bədənlərinə mikroçiplər yerləşdirilə bilər.

İddia olunur ki, bu çiplər vasitəsi ilə insanların total şəkildə idarə olunması mümkün olacaq. Hətta bi mikroçiplər vasitəsi ilə insanları öldürməyin belə mümkün olacağı iddia olunur. Burda söhbət hər şeydən əvvəl insanların beyninin azad şəkildə informasiya qəbul etməsinin, bu informasiyaya azad iradə ilə münasibət göstərməsinin məhdudlaşdırılmasından, bəlkə də ümumuiyətlə insanın azad iradəsinin məhv edilməsindən söhbət gedir və etiraf etməliyik ki, əslində bi tipli layihələr varsa, bu bəşəriyyətə, insanlığa qarşı anoloqu olmayan bir cinayət kimi dəyərləndirilməlidir. Çünki bu insanlığı yox etmək anlamına gələn bir cinayətdir və bu üzdən də bu iddialar heç də inandırıcı görünmür.

Lakin buna baxmayaraq sosial şəbəkələrdə bu teoriyaların varlığını isbat edən videoçarxlar yayımlanır. Misal üçün belə videoçarxların birində mikroçiplərin artıq dükanlarda satılan hazır paltarlarda yerləşdirildiyi nümayiş etdirilir. Paltarlarda gizli yerləşdirilən mikroçipin kimdə olduğu isə alıv-verişin həyata keçirildiyi plastik kart vasitəsi ilə müəyyənləşdirilir. Bu təbii ki, hazırda kütləvi şəkildə həyata keçirilmir, lakin belə faktların mümkünlüyü belə həyəcan təbili çalmaq üçün yetərli hesab olunmalıdır. Çünki mikoçipləri gizli şəkildə yaymaq üçün hakimiyyətlərin əlində kifayət qədər imkanlar mövcuddur.

Mikroçiplər vasitəsi insanların qlobal şəkildə idarə olunması ilə bağlı bütün bu iddiaları PİA.az-ınəməkdaşı təhlükəsizlik üzrə ekspert İlham İsmayılla müzakirə edib.

İlham İsmayıl: “Mikroçiplərdən insanlar artıq könüllü şəkildə bir neçə ildir ki, istifadə edirlər”.

- İlham bəy, mikrpçiplərlə bağlı yuxarıda qeyd etdiyimiz bütün bu idialar barədə nə deyə bilərsiz? İnsanlıq üçün belə bir təhlükəni real hesab edirsinizmi? Ümumiyyətlə texnologyalar özü ilə insanlıq üçün hansı təhlükələr gətirir?

- Mikroçiplər proqramlaşdırılmış kiçik mikrosxemlərdir. Həqiqətən son zamanlar, daha doğrusu koronavirus pandemiyasından sonra, insanlar arasında belə bir təlaş yaranıb ki, total şəkildə insanları idarə etmək, izləmək üçün mikroçiplərdən istifadə olunacaq.

Əvvələn qeyd edək ki, mikroçiplərdən insanlar artıq könüllü şəkildə bir neçə ildir ki, istifadə edirlər. İsveç bu baxımdan daha irəlidə gedən ölkədir. Mikroçiplər konkret proqram üzrə sxemə salınır. Məsələn, bir çox insan üstündə açar, pasport, yaddaş dəftərçəsi gəzdirmək istəmir. Avtomobilinin qapısı mikroçipin köməyi ilə ona yaxınlaşanda açılır, uzaqlaşanda bağlanır. O cümlədən mənzil qapıları. Və yaxud da adamın kimliyi o, pasportunu təqdim etmədən dövlət qurumları tərəfindən müəyyənləşdirilir və təsdiqlənir. Yəni süni intellekt deyilən bir nəzəriyyə var ki, mikroçiplərdə bu süni intellektin tərkib hissəsi hesab olunur.

İlham İsmayıl : “Paltar üzərinə yerləşdirilən mikroçipin vəzifəsi ola bilsin ki, insanın harada olduğunu müəyyənləşdirmək üçündür, amma fərd olaraq kimin üçün, bax bu maraqlıdır? Axı bu paltarın sahibinin kim olacağını onu hazırlayan bilmir”.

Mən bu sahə üzrə mütəxəssis deyiləm, amma təhlükəsizlik eksperti kimi, ümumi biliyimə görə, deyə bilərəm ki, paltar üzərinə yerləşdirilən mikroçipin vəzifəsi ola bilsin ki, insanın harada olduğunu müəyyənləşdirmək üçündür, amma fərd olaraq kimin üçün, bax bu maraqlıdır? Axı bu paltarın sahibinin kim olacağını onu hazırlayan bilmir. Ona görə də burda artıq müəyyən gizli xidmətlər ortaya çıxa bilər və paltarın satıldığı dükan da birbaşa gizli xidmtin sisteminə bağlı olmalıdır. Etiraf etməliyik ki, indiki şərtlər altında bu ancaq istisna halda mümkündür.

Yəqin hamı görüb ki, bəzi heyvanların üzərinə mikroçip yerləşdirilir ki, onun hərəkət trayektoriyası nəzarət olunsun. Hazır paltarda çip varsa, deməli alan ya özü şəxs özü istəyir ki, konkret olaraq onun harda olmasını evdəkilər bilsin, əgər uşaqdırsa, valideyin çipin köməkliyi ilə onun harada olduğunu müəyənləşdirsin. Ya da həmin şəxs müəyyən gizli servisin marağı daxilindədir.

Mənə elə gəlir ki, mikroçiplərdən kütləvi şəkildə istifadə məcburi deyil, könüllü ola biləcək addımdır və texnoloji inkişafa görə, çiplərin yardımçı rolunu da biləndən sonra bəşəriyyət tədricən buna özü keçəcək. Mikroçip insan bədəninə də asanlıqla yerləşdirildiyi kimi, asanlıqla da çıxarıla bilər. İmtina etmək hər zaman mümkündür və mən hesab edirəm ki, bu belə də olacaq.

- Bütün bu iddialara baxdıqda belə bir təəssurat yaranır ki, Corc Oruelin məşhur "1984" romanınln süjeti yeni dünya sistemi üçün reallaşdırılmaqdadır. Hətta bir çoxları iddia edirlər ki, insanların çiplərlə idarə olunması layihəsi Davosda ayrı-ayrı panellərdə müzakirəyə çıxarılıb. Demokratik ölkələrin seçilən hökümətlərinin belə bir plana qol qoymasını mümkün hesab edirsiniz?

- Mikroçip yeni dünya sistemi yaradacaqmı? Buna hələ tam cavab vermək çətindir. Mikroçiplərlə insan idarə oluna bilməz. Bu o vaxt ola bilər ki, insan beynini iflic edib, onu yalnız konkret proqram üzrə hərəkət etməyə vadar edəsən. Yəni bunun üçün insan beyni tamamilə sıradan çıxarılmalıdır.

Biz bəzi fantastik filmlərdə bunun bütün insanlara deyil, konkret fərdlərə müəyyən məqsədlər üçün tətbiq edildiyini görmüşük. Yəni mikroçipi diktatura rejimlər üçün məcburən insanaların robotlaşdırması və istədikləri kimi idarə etməsi üçün alət olması ağlabatan deyil.

İlham İsmayıl : “Bu o vaxt ola bilər ki, insan beynini iflic edib, onu yalnız konkret proqram üzrə hərəkət etməyə vadar edəsən. Yəni bunun üçün insan beyni tamamilə sıradan çıxarılmalıdır”.

Mikroçiplər hələ ki, çox məhdud proqramlar üzrə hazırlanır və könüllü tətbiq olunur. Ona görə də mikroçiplərə demokratiya və diktatura arasında mübarizə vasitəsi kimi baxmaq inandırıcı deyil.

- 20 əsrin sonlarında dünyanın gələcəyi daha işıqlı, humanist və ümidverici təsəvvür edilirdi. Həmçinin qeyd olunurdu ki, demokratiyanın alternativi yoxdur.Texnologiya əsri olan 21-ci əsrdə isə dünyanın gələcəyi daha dumanlı, qeyri-humanist və neqativ görünməyə başlayıb. Demokratiya anlayışları isə unudulmağa başlayıb. Bu fonda olan 21-ci əsri və formalaşmaqda yeni dünya düzənini necə şərh edərdiz? Yeni dünya düzənində demokratiyanın alternativi olaraq qlobal totalitaizm ortaya çıxa bilərmi?

- Texnoloji inkişafa daha çox demokratik ölkələr sahibdirlər. Çin, Rusiya kimi totalitar, avtokrat rejimlər də texnoloji yeniliklərə sahibdirlər. Texnoloji inkişafın bir nümunəsi sosial şəbəkələrdir ki, bundan daha çox qeyri-demokratik ölkələrin idarəetmə sistemləri narazıdırlar və əngəl olmaq istəyirlər.

Ona görə də bəşəriyyətin texnoloji inkişafını əksinə diktaturalara zərər vuracağı daha çox ehtimal olunandır və buna da ümid etmək lazımdır. Ona görə də mən düşünürəm ki, 21–ci əsr daha çox qeyri-azad ölkələrin rejimlərinin dağılması ilə müşayət olunacaq.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar