Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratik inkişafda siyasi iradə

Prezident İlham Əliyevin Milli Məclisə göstərdiyi diqqət millət vəkilləri üçün çox önəmlidir...

Parlament ölkəmizin qanunverici orqanı kimi fəaliyyətini daim ölkəmizin inkişafına yönəldir. 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkanar parlament seçkiləri deynəlxalq təşkilatların da qeyd etdiyi kimi, demokratikliyi ilə diqqət çəkib. Seçkilər demokratiya prinsipləri əsasında ədalətli və şəffaf keçirilib. Azərbaycan hökuməti bunun üçün lazım olan bütün addımları atıb. Xalq yeni seçilən deputatlara etimad göstərib parlamentə üzv seçib. Prezident İlham Əliyevin Milli Məclisə göstərdiyi diqqət millət vəkilləri üçün çox önəmlidir. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev çıxışında yeni seçilən deputatlara öz tövsiyələrini verib: “Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.
Azərbaycanda söz azadlığı və siyasi partiyaların fəaliyyəti gündəlik həyatın tərkib hissəsinə çevrilib. Parlament seçkilərinə siyasi partiyaların böyük marağı müşahidə olunub. Deputatlar Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənməsinə töhfə veririlər. Bu gün Milli Məclis Azərbaycan xalqına layiqli şəkildə xidmət edir.

Azərbaycanın etibarlı tərəfdaş dövlət kimi tanınması uğurlu xarici siyasətin nəticəsidir. Həyata keçirilən çevik və fəal diplomatiyamız Azərbaycanın dostlarının sayını daha da artıb. Xarici siyasətimzin prioritet istiqaməti qonşu dövlətlərlə münasibətlərin normal qurulmasıdır. Azərbaycan regional əməkdaşlığa hər saman üstünlük verib. Bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan səylərini ciddi şəkildə davam etdir. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir: “Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir”. Artıq Azərbaycan beynəlxalq təşkilatlardakı fəaliyyətini daha da gücləndirib. Bir sıra beynəlxalq təçkilatlarda Azərbaycanın təşəbbüskarlığı diqqət çəkir.

Azərbaycanın gücü böyükdür və daha da güclü olmaq üçün siyasi iradə nümayiş etdirir, beynəlxalq əməkdaşlığı daha da genişləndirir. Azərbaycan demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlətdir. Bu istiqamətdə yaxşı nəticələr əldə olunub. Buna baxmayaraq dövlətimiz səylərini davam etdir.
Azərbaycanda islahatlar davamlı olaraq həyata keçirilir. Hazırda siyasi və iqtisadi sahələrdı aparılan islahatlar həm xalqımızın, həm dövlətimizin maraqlarına xidmət edir. Bütün bunlarla yanaşı, çox ciddi struktur və kadr islahatları aparılıb. Cənab Prezident çıxşında deyib ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Azərbaycanda güclü sosial siyasət var. Əsas vəzifələrdən biri kimi əhalinin rifah halının yaxşılaşdırılmasıdır. İldən-ilə yoxsulluğun aradan qaldırılması üçün tədbirlər daha da sürətləndirilir. Qeyri-neft sektorunun inkişafında dinamika müşahidə olunur. Ölkəyə müasir texnologiyalar gətirilir və tətbiq olunur. Azərbaycanda insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər sevindiricidir. Ən əsası dövlətimizin enerji siyasətində milli maraqlarımız təmin olunur. Bütün bunlar Azərbaycanın gələcəyinə nikbinliklə baxmağa əsas verir. Sözün əsil mənasında müstəqil dövlətimiz xalqımızın iradəsi ilə idarə olunur.

Zenfira Nurullayeva - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar