Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davosdan İstanbul Zirvəsinədək məzlumların səsini çatdırmaq missiyası


Surac Şarma


“Middle East Eye” (Böyük Britaniya)

2009-cu ilin yanvar ayının soyuq qış gecəsi, Alp dağları ilə əhatə olunmuş İsveçrənin Davos kurortunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi qızıl toza bulaşdı. Həmin gecə o, müsəlman-Ərəb dünyasının çempionu oldu.

İsrail Qəzza və HƏMAS-a qarşı amansız və qeyri-bərabər müharibə apararkən, Ərdoğan paneldə İsraillin sabiq rəhbəri Şimon Peresə həmlə etdi.

Ərdoğan dedi: "Cənab Peres, məndən daha yaşlısan. Səsin çox yüksək çıxır, çünki bu günahkar vicdanınla bağlıdır. İnsan öldürmüşsən, çimərliklərdə qətl edilən uşaqları xatırlayıram, Fələstinə tankla girməkdən çox xoşbəxt olduqlarını söyləyən iki sabiq baş nazirinizi də… "

Türkiyənin o zamankı baş naziri olan Ərdoğan və ölkəsi üçün bu, dönüş nöqtəsi oldu. İslam-ərəb dünyasından gördüyü ehtiram (qəzzalılar öz uşaqlarına daha çox Rəcəb adı verdilər) qarşılığında o, aydın bir səmt aldı: hər fürsətdə müsəlman dünyasını müdafiə etmək.

Demək olar ki, səkkiz il sonra, Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarının ardınca prezident Ərdoğan İslam dünyasının təpkisinin məsuliyyətini öz üzərinə götürür, yenidən Fələstin məsələsinə dönür.

Onun başlıca təşəbbüsü dekabrın 13-də İstanbulda, hazırda Türkiyənin sədrlik etdiyi 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili toplantıya çağırmaqdır.

Ərdoğan İKT zirvəsindən nə gözlədiyini ifadə etmədi, amma həftəsonu Türkiyənin baş nazir müavini Bəkir Bozdağ yalnız qınamanın kifayət etməyəcəyini və daha çox şeyə ehtiyac duyulduğunu irəli sürdü. Ancaq xarici işlər naziri Mevlüt Çavuşoğlu çərşənbə axşamı günü sanksiya çağırışına qarşı çıxdıqlarını və Fələstinin tanınmasına çağıracağını söylədi.

"ABŞ-a qarşı hansı sanksiyalar tətbiq edə bilərsiniz? ABŞ-ın öz səhvini düzəldəcəyini gözləyirik və Şərqi Qüdsü 1967-ci il sərhədləri çərçivəsində Fələstinin paytaxtı kimi tanıyırıq. Bu, sabah qəbul ediləcək mətndə olacaq", – Çavuşoğlu bir türk telekanalına bildirib.

O, həmçinin deyib ki, Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi bəlli ikən, Səudiyyə və Misirin iştirak etməsi qeyri-müəyyəndir.

Cənab Populyar

Müsəlman-ərəb maraqlarının müdafiəsi Ərdoğanın şəxsi dini əqidəsinə, Osmanlı dövlətinin möhtəşəm günlərinin qayıdışı və Türkiyəni İslam dünyasının lideri mövqeyində görmək arzusuna bağlıdır.

Onilliklər boyu İslam və Ərəb dünyası dünyəvi despotlar, diktator-monarxlar və ya teokratik avtokratlardan əziyyət çəkib. Onların hamısı müsəlmanların rifahını daha da artırmaq barədə danışır, hətta bu konkret nəticələrə gətirən hərəkətlərlə müşayiət olunmadıqda belə, cəmiyyət onların adından danışmaq istəyən hər kəsə pərəstiş edir.

Davosdan bu yana Ərdoğanın hökuməti, türk qaynaqlarını səfərbər etməklə, müsəlmanların yaşadığı Somaliyə və ya Rohinyaya və s. yardım göndərmək üçün sürətlə hərəkətə keçdi.

Tənqidçilər deyirlər ki, bir neçə planlaşdırılmış yardım yüksək siyasi divindentlər üçün kiçik investisiyalardır.

1 yanvar 2009-cu ildən 31 dekabr 2010-cu il tarixinə qədər BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Türkiyə regiona dair müxtəlif sessiyalarda müsəlman dünyasının mövqeyini təbliğ edib.

Bəlkə də daha da vacib olan budur ki, dünya müsəlmanlarının maraqlarını müdafiə edən Ərdoğan yerli seçicilər – müsəlman mühafizəkarlar arasında şöhrətini artırırıb.

Baş ofisi ABŞ-da yerləşən “Pew” Araşdırmalar Mərkəzinin son sorğusu göstərir ki, Ərdoğan başqa regional liderlərlə müqayisədə daha populyardır.

Bununla yanaşı, Ərdoğanın səmimi və ya sadəcə "ərəb kartı" ilə oynayan siyasətçi olub-olmadığını və ölkə daxilində şəxsi siyasi qazanc əldə etmək istəyib-istəməməsi müzakirə olunmalıdır.

“Hisslərin istismarı”

Jurnalist və əvvəllər islamçı olan Levent Gültekin “MEE”-yə açıqlamasında səmimiyyətin qeyri-mümkün olduğunu, ancaq Ərdoğan və Türkiyə də daxil olmaqla, bütün İslam dünyasının ikiüzlülüklə məşğul olduğunu söyləyib.

"Bütün İslam dünyası, əgər belə bir konsepsiya mövcuddursa, yalnız öz xalqının emosional istismarı ilə məşğul olur və bu, Türkiyəni də əhatə edir, – deyə Gültekin bildirib. – Yüksək səslə qışqırmaq və heç bir konkret təpki vermədən təhdid etmək boş şeydir. Səudilər, iranlılar, türklər, hamısı eyni bezin qırağıdır və 50-60 ildir eyni təhdidləri səsləndirirlər. Bu, ikiüzlülükdən başqa heç nə deyil".



Mühafizəkar yazar Yıldiz Ramazanoğlu, Ərdoğanın Fələstin məsələsinə və müsəlman dünyasında yaşanan hadisələrə qarşı səmimi hiddətinə inanır, ancaq siyasi və digər maraqları nəzərə alaraq, ziddiyyətli bəyanatlara şübhə ilə yanaşır.

Ramazanoğlu "MEE"-yə deyib: "Mən prezidentin səmimi olduğunu düşünürəm, amma təəccüblü ifadələr şübhə yaradır. 1917-ci ildən etibarən fələstinlilərin vəziyyəti gün kimi aydındır, odur ki, digər maraq və düşüncələr kənara qoyulmalıdır. Hökumət, qarşılıq nə olursa-olsun, qəti mövqe tutmalıdır".

Düzəlişlər və aydınlaşdırmalar

2010-cu ilin “Mavi Mərmərə” hadisəsindən sonra baş verənlər ziddiyyətli mövqelərin açıq göstəricisidir.

Beynəlxalq sularda həmin gəmiyə basqın və 10 türk vətəndaşı öldürdükdən sonra Türkiyə hökuməti İsraillə münasibətləri minimuma endirdi.

Qəzzaya yollanan ekspedisiyanın türk hissəsi Ərdoğan hökumətinin xeyir-duası ilə fəaliyyət göstərən İslamçı xeyriyyə təşkilatı – İHH-nin çətiri altında fəaliyyət göstəririb.

Türkiyə-İsrail əlaqələri bərpa etdikdən sonra qurbanların ailələri və İHH inzibatçıları 2016-cı ildə şoka düşdülər. 20 milyon dollarlıq təzminat qarşılığında Türkiyə hökuməti İsrail və onun vətəndaşları əleyhinə heç bir ittihamın irəli sürülməyəcəyi şərtini qəbul etdi. Türk məhkəmələrində də iddialara baxılması rədd edildi.

Populyarlıq yarışı

Şərtlərdən biri də Qəzzanın blokadasının ləğv edilməsi müqabilində İsraillə əlaqələrin bərpası idi. Ankaraya (“Mavi Marmara” hücumundan əvvəl mövcud olan qaydada) yalnız İsrailin Aşdod limanı vasitəsilə nəzarətlə yük göndərməyə icazə verildi.



Levent Gültekin bu ziddiyyətlərin real səbəblərinin ola biləcəyini düşünmür. "Türkiyə və bütün digər ölkələrin rəhbərləri realist olmağı bacarmadığını göstərdilər, onlar populyarlıq naminə insanların duyğuları ilə oynayırlar".

"İsrailin üstünə ürəyiniz istəyən qışqıra bilərsiniz, lakin onunla texnoloji, hərbi və ya başqa sahələrdə yarışa bilməyəcəksiniz".

Ancaq Ramazanoğlu Ərdoğanın hərəkətlərinin yaxşı niyyətli və səmimi olduğunu düşünür. "Bu prinsipial olan məsələdə biz yalnız müsəlmanların deyil, bütün məzlumların səsini çatdırmaq məcburiyyətindəyik. Biz maliyyə və hərbi qüdrət sahibi olmaya da bilmərik, amma əxlaqi nüfuza sahib çıxmalıyıq və Ərdoğan bunu edir". (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar