Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşqından əziyyət çəkən Lahıcın kəndinə elektrik enerjisinin verilişi bərpa edildi - Video, Yenilənib

Dünən axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb...

Lahıcın kəndinə elektrik enerjisinin verilişi bərpa edilib.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

***

“Daşqınlar Lahıcın kəndini işıqsız qoyub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, gələn sel Lahıcı elektrik enerjisi ilə təmin edən əsas xəttin dirəyini yuyub aparıb:

“Bu səbəbdən Lahıcın kəndində elektrik enerjisinin verilməsi tam dayanıb. Daşqın zamanı Lahıc yoluna düşən qaya parçaları yoldan istifadəni məhdudlaşdırdığı üçün yeni elektrik dirəklərinin əraziyə aparılması yubanıb. Amma artıq qəza xidmətinin əməkdaşları ərazidə dayağın bərkidilməsi prosesini həyata keçirirlər. Yaxın 30 dəqiqə ərzində abonentlərə elektrik enerjisinin verilişi bərpa ediləcək”.

***

İsmayıllıya gələn sel və daşqınlar səbəbindən 785 abonent qazsız qalıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, sel səbəbindən İsmayıllı Xidmət Sahəsi üzrə “Talıstan” QPS-dən qidalanan rayonun Namazgah Lahıc və Ərəget kəndlərini təbii qazla təmin edən 159 mm-lik qaz xəttinin üzərinə qayadan daş düşüb:

“Nəticədə qaz xətti zədələnib. Bu məqsədlə 06.06.2023-cü il tarixdə saat 20:30-dən həmin xətlə təbii qazın verilişi dayandırılıb. Təchizatın dayandırılması zamanı 785 abonentin qaz təminatında fasilə yaranıb”.

***

“Sel və daşqınlar İsmayıllıda çəkilən süni bəndləri yuyub. Lakin zəruri olan tədbirlər görülür”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi gecə saatlarından ərazidə olub:

“Ötən gün axşam saat 19 radələrində və gecə saat 01:00-03:00 aralığında İsmayıllıya güclü sel gəlib. İdarənin texnikaları səhərə qədər ərazidə işləyib. Hər hansı ciddi fəsad baş verməyib. Lahıcda daha ciddi fəsadlar qeydə alınıb. Sinoptiklər ayın 9-na qədər qeyri-sabit hava şəraiti ilə bağlı elan veriblər. Bu səbəbdən qurum öz səlahiyyətləri çərçivəsində hazırlıqlıdır.

Bununla bağlı qabaqcadan sel təhlükəsi ilə bağlı idarələrə məlumat vermişik. Yaxınlıqda zəruri texnikalar gözləmə rejimindədir, canlı qüvvələr növbəli çalışır. Hər hansı sel gözlənilərsə bu zaman dərhal operativ şəkildə ərazidəki vəziyyətə müdaxilə ediləcək”.

***

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, agentliyin gecə boyu səhər saatlarına qədər apardığı təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolboyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

***

İsmayıllıda güclü leysan yağışdan sonra Namazgah kəndinə sel gəlib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yağan yağış təsərrüfata ciddi ziyan vurub. Sel evləri, turizm-istirahət obyektlərini, mağazaları basıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.

Qeyd edək ki, dünən axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb.

Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb.

Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndinə gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.

Poliqon.info

 


Etiket: İsmayıllı sel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar