Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə təbii fəlakət – Evləri su basıb, xəsarət alanlar var


Daşkəsən rayonunda güclü leysan bir sıra fəsadlar törədib


Bu barədə “Report”un Qərb bürosuna Daşkəsən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Məlumatda bildirilib ki, 24 iyun 2018-ci il tarixdə saat 20:00 radələrində güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurub: “Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıdıb Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb bir çox yaşayış evlərini su basıb.

Rayonun Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmış və yararsız vəziyyətə düşüb”.

Daşkəsən RİH-dən verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədar dərhal icra başçısı Əhəd Abıyev tərəfindən operativ qərargah yaradılıb, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirilib: “Dəyən ziyanların həcminin qaranlıq şəraitdə, gecə saatlarında müəyyənləşdirilməsi imkan xaricində olduğuna görə qısa müddətdə təcili tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilib.

Hazırda Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən gecə saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara lazımi köməklik göstərilir. Belə ki, kəndlərdə xəsarət alan sakinlərə Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir. İnsan itkisi yoxdur”.

Təbii fəlakətin çətinliyinə baxmayaraq vətəndaşlarda böyük inam da yaranıb ki, hökumətimiz onları tezliklə bu təhlükəli vəziyyətdən çıxaracaq, kommunikasiya xətləri, yollar, körpülər bərpa olunacaq, yaşayış binalarına dəymiş ziyan aradan qaldırılacaqdır.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar