Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb...

Bu barədə President.az xəbər verir.

Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır.

Sistem aşağıdakıları təmin edəcək:

- ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı və nəticələrinə dair elektron sənədlərin, habelə məlumatların elektron qaydada verilməsini, eləcə də, ərizəçilər tərəfindən müraciətlərin icra vəziyyətinin izlənilməsini;

- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların), həmçinin daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumatın Sistemə daxil edilməsini və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsini;
- daşınmaz əmlak üzərində hüquq əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin, habelə notariuslar və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılması üçün zəruri olan məlumatların elektron qaydada Sistemdən yoxlanılmasını və əldə edilməsini;

- daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması üçün əsas olan hüquqi və texniki sənədlərin, habelə məlumatların əldə edilməsini;

- qanunla nəzərdə tutulan ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını.

Nazirlər Kabinetinə altı ay müddətində sistem haqqında əsasnamənin layihəsini, eləcə də sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Ən çox oxunanalar