Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Xankəndi-Ermənistan yolunda baş verənlərlə bağlı bəyanat yayıb...
“Əhalinin əmin-amanlığını və sakit həyatını qorumağa çağırırıq”.
PİA.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib.
“Ümid edirik ki, region ölkələri dialoqu və qarşılıqlı fəaliyyəti gücləndirəcək və regional sülh və sabitliyi, eləcə də əhalinin dinc həyatını birgə qoruyacaq”, deyə Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin qeyd edib.
pia.az