Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Rusiyaya silah tədarük edə bilər? - Ağ Evin şərhi...

ABŞ hazırda Çinin Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah verdiyinə dair heç bir əlamət görmür...

Poliqon xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi G7 sammiti ərəfəsində Makkeyn İnstitutunda müzakirələr zamanı deyib.

ABŞ Rusiya Federasiyasına hərbi dəstəyin Çinin maraqlarına uyğun olmadığına əmindir:

“Biz çinlilərin Rusiya silahlı qüvvələrini öldürücü vasitələrlə təmin etmək üçün belə bir addım atdığını görməmişik... Bunun Çinin maraqlarına uyğun olduğuna inanmırıq”, deyə Kirbi bildirib.

Ağ Evin milli təhlükəsizlik sözçüsünün sözlərinə görə, ABŞ Çinlə münaqişəyə can atmır, çünki münasibətlərdə bu gərginliyin hər hansı başqa formada inkişaf etməsi üçün heç bir səbəb yoxdur. Kirbi əlavə edib ki, buna görə də Vaşinqton Pekinlə kommunikasiya xətlərini açıq saxlamaq istəyir: “Biz komandaları yenidən bir araya gətirmək istəyirik...”.

Qeyd edək ki, mütəmadi olaraq Çinin Ukraynaya qarşı müharibə üçün Rusiya Federasiyasını silahla təmin etdiyi barədə xəbərlər yayılır. Eyni zamanda, Pekin belə bəyanatları təkzib edir.

Bu ilin fevralında CNN yazıb ki, Çin ikili oyun oynayır və Rusiyaya öldürücü silahlar ötürməyi planlaşdırır. Politico-nun məlumatına görə, Çin şirkətləri ruslara 1000 avtomat və digər texnika göndərib.

Martın 21-də isə məlumat verilib ki, tammiqyaslı müharibə başlayandan bəri Çin Xalq Respublikası Moskvaya dəyəri 12 milyon dollardan çox olan dron göndərib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar