Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin ordusu Azərbaycanın taktikasını tətbiq edir və 60-cı illərin qırıcılarını havaya qaldırır

Çin Xalq Azadlıq Ordusu Azərbaycan ordusunun ötən ilin payızında Qarabağda tətbiq etdiyi unikal taktikanı öyrənir və ötən əsrin 60-cı illərində istehsal edilmiş, çoxdan istismardan çıxarılmış qırıcıları havaya qaldırır. Virtualaz.org “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, ötən ay Çin ordusu Tayvan adası ətrafında keçirilən hərbi təlimləri zamanı  müasir döyüş təyyarələri ilə yanaşı 4 ədəd J-7 qırıcısının uçuşları müşahidə olunub. Bunlar ötən əsrin 60-cı illərində istehsal olunan ikinci nəsil qırıcılardır və çoxdan Çin ordusunun silahlanmasından çıxarılıb.

Bəzi hərbi mənbələr təxmin ediblər ki, J-7 qırıcıları pilotsuz təyyarələrə çevrilib və Çin ordusu onların köməyi ilə Tayvanın hava hücumundan müdafiə sistemini yoxlamaq istəyir.

Təlimlər zamanı iki ədəd çoxməqsədli J-16 qırıcısı, bir Y-8 radioelektron mübarizə təyyarəsi və dörd J-7 qırıcıları Tayvanın hava hücumundan müdafiə sistemlərinin tanıma zonasına daxil olublar. Və Çinin köhnə təyyarələri bu təlimlərdə nə məqsədlə istifadə etdiyi ətrafında suallar meydana çıxıb. KİV-lər yazıblar ki, Çin istismardan çıxarılmış minlərlə ikinci nəsil qırıcıları, o cümlədən J-7 qırıcılarını pilotsuz uçan təyyarələrə çevirib.

Çin Xalq Azadlıq Ordusuna yaxın mənbə isə “South China Morning Post” nəşrinə təsdiq edib ki, həqiqətən bir neçə J-7 pilotsuz təyyarəyə çevrilib. Çünki onların radarlarda təsviri Tayvan Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan F-16 Amerika qırıcılarının radar təsvirlərinə oxşardır. Lakin rəsmi olaraq nə Çin Xalq Azadlıq Ordusu, nə Tayvan Müdafiə Nazirliyi ötən ay köhnə J-7 qırıcılarının niyə təlimlərdə göründüyünü şərh etməyiblər.

Mənbələr bildirirlər ki, həmin qırıcılar Quandun əyalətindəki Şantou aviabazasından havaya qalxıb.

Makaodan olan hərbi müşahidəçi Entoni Vonq Tonq bildirib ki, əslində Çin Xalq Azadlıq Ordusu J-7 qırıcılarını 1997-ci ildən pilotsuz təyyarələrə çevirib hədəf qismində istifadə edir. Habelə Çin bu qırıcılardan bir neçəsini Pakistana satıb ki, hava döyüşü imitasiyasında istifadə eləsin.

Sinqapurdakı Racaratnam adına beynəlxalq araşdırmalar Məktəbinin hərbi-hava qüvvələri üzrə analitiki Ben Xo isə bildirib ki, onun fikrincə Çin ötən ilin payızında Azərbaycan ordusunun Qarabağda istifadə etdiyi taktikanı öyrənir.

Həmin müharibə zamanı Azərbaycanın Dövlət Sərhəd Xidməti istismardan çıxarılmış çoxsaylı AN-2 sovet mülki təyyarələrini (“kukruznik”) pilotsuz uçan təyyarələrə çevirərək onların köməyi ilə düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkara çıxarmışdı. Düşmən radarları pilotsuz “kukruznik”ləri döyüş təyyarəsi kimi qəbul edirdi və onlara raket atılırdı. Əvəzində zenit-raket komplekslərinin mövqe rayonları aşkara çıxırdı və Azərbaycan ordusu onları döyüş PUA-ları ilə məhv edirdi.

“Çin Xalq Azadlıq Ordusu Aazərbaycanın istifadə etdiyi bu taktikanı mənimsəsə və J-7 qırıcılarını regionda yarana biləcək fövqəladə situasiyalar zamanı pilotsuz təyyarələr qismində hava hücumundan müdafiə sistemləri üçün tələ kimi istifadə etsə düzgün hərəkət etmiş olacaq”,-sinqapurlu analitik bildirib.

 Qeyd edək ki, Azərbaycan ordusunun bu taktikasını dünyanın bir sıra aparıcı ölkələri öyrənməkdədir. İndi isə qüdrətli Çin ordusu bu taktikanı öyrənməkdədir.

F.Məmmədov (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt məlum olub

“iPhone 16”da yeni bir düymə olacağı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb

Ən çox oxunanalar