Çərşənbə axşamı, 24 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti Qırğızıstan parlamentinin sədrini qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib...

Poliqon xəbər verir ki, Nurlanbek Şakiyev Qırğızıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.

Dövlət başçısı ötən ilin oktyabrında Qırğızıstana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında İnvestisiya Fondunun yaradıldığı və onun büdcəsinin hazırda daha da artırıldığı qeyd edildi.

Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin əhəmiyyəti vurğulandı. Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsi kimi qiymətləndirildi.

Nurlanbek Şakiyev Azərbaycanın işğaldan azad olunmuş rayonlarına, xüsusən də Şuşa şəhərinə səfər etdiyini və həmin ərazilərin dünyanın ən gözəl guşələrindən biri olduğunu dedi. O, Azərbaycan xalqının səbirlə otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edildiyi günü gözləməsinin və buna nail olmasının önəmini vurğuladı. Qonaq torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin inkişafında Prezident İlham Əliyevin liderliyinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığının və ölkələrimizin parlamentləri arasında əlaqələrin vacibliyi vurğulandı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.

Poliqon-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Biləsuvarda toy karvanında bir avtomobildə olan bütün şəxslər həyatını itirib - Təfərrüatlar + Yenilənib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - Yenilənib

Əli Karakinin öldüyü xəbəri yayıldı, Hizbullah təkzib edir

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Qazaxın icra başçısı, məhkəməsi və işdən qovulan müəllimə...

“Yelo Bank” daha 43 nəfəri evindən çölə atır - Siyahı

İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-yə çatıb

Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürüb - Foto, Yenilənib

Ceyhun Bayramov Lüksemburqun Baş nazirinin müavini ilə görüşüb

Vəfayla Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı

Ən çox oxunanalar