Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlı vəzifəsindən istefa verdi, Londona gedir

Keçmiş millət vəkili, Odlar Yerdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verib

Bu haqda o sosial şəbəkədə məlumat paylaşıb.

C. Osmanlı bildirib ki, təxminən 3 ay bundan öncə dünyada qlobal təhsil şirkətlərinin birindən təklif alıb. Bu dövr ərzində bir çox müsahibələrdə iştirak edib və bu müsahibələr müsbət dəyərləndirilib:

“Bu qrupda dünyanın 20-dən çox nüfuzlu universiteti təmsil edilib və mən həm Azərbaycanda, həm də Şərqi Avropanın başqa ölkələrinin universitetləri ilə əlaqələrin yaranmasına və biznesin inkişafına kömək edəcəm. Qrupda olan universitetlərin bir çoxu dünyanın ilk 100 universitetləri arasındadır. Tədricən bu barədə əlavə məlumatlar açıqlayacam.

Yeni işim çərçivəsində həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğul olmaq nəzərdə tutulub. Bunlarla yanaşı təhsil eksperti kimi bu günə qədər başladığım başqa layihələri də reallaşdırmağa davam edəcəyəm. Fürsətdən istifadə edərək sevimli rektorum Prof.Əhməd Vəliyevə və digər komanda üzvlərimizə mənə hər zaman nümayiş etdirdikləri sevgi və qayğıya görə sonsuz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, C. Osmanlı bir müddət əvvəl Londona səfər etmişdi. Onun yeni iş yerinin də Londonda olacağı gözlənilir.(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar