Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Azərbaycanda etiraz aksiyalarının motivi dəyişir... - İranda uzun vədəli inqilabi proseslər başlayıb?

Hazırda İranda baş verən son iğtişaşlar sosial deyil, məhz siyasi motivli olması ilə diqqət çəkir. Etirazçıların əsas hədəfi və şüarı rejimin dəyişilməsidir...

Politoloq: “İranda etiraz aksiyalar səngimir və şiddətlənir. AncaqMərkəzi İran vilayətləri ilə Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyalarının motivi kəskin fərqlənir”.

“Əgər aksiyalar davamlı və kütləvi olarsa, bu ölkədə inqilabın baş verməsi qaçınılmaz olacaq”.

Bu sözləri politoloq Turan Rzayev İranda keçirilən aksiyaların kütləvi xarakter almasını PİA.az-a şərh edərkən qeyd edib.

Ötən ay əxlaq polisinin qətlə yetirdiyi Məhsa Əmininin vəfatının dünən 40-cı günü idi. Bununla bağlı İranın əksər şəhərlərində geniş aksiyalar keçirildi. Diqqətçəkən məqam isə axşam saatlarında aksiyaların Cənubi Azərbaycan vilayətlərini də əhatə etməsi oldu. Urmiyada, Təbrizdə, Güney Astarada və s. şəhərlərdə kütləvi aksiyalarda polislə qarşıdurmalar yaşandı. Qarşıdurmalarda üç nəfərin həyatını itirdiyi də bildirilir. Diqqət çəkən məslələrdən biri də Cənubi Azərbaycanda etirazların motivinin milli istiqamatə yönəlməsidir. Ümumiyyətlə isə bütün İranda baş verən son iğtişaşlar sosial deyil, məhz siyasi motivli olması ilə diqqət çəkir. Etirazçıların əsas hədəfi və şüarı rejimin dəyişilməsidir. Bu üzdən də bütün İran miqyasında etiraz aksiyaları Ali dini lider Əli Xameneyiyə və SEPAH-a qarşı yönəlib.

Demək olarmı ki, artıq İrandakı etiraz aksiyalarının motivi siyasiləşib və bu proses uzun vədəli inqilabi proseslərə start verib? Ümumiyyətlə İrandakı aksiyaların davam etməsi bu ölkədə inqilabi proseslərin getməsinə işarə edirmi?

İranda baş verən proseslərin mümkün nəticəsini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İrandakı aksiyaların davam etməsi və bu etirazların tələbinin siyasi olması ölkədə inqilabi proseslərin getməsinə işarə edir”.

Diqqətçəkən bir digər maqamın Cənubi Azərbaycan vilayətlərində başlanan etiraz aksiyalarının tədricən Təbriz mərkəzli təşkilatlanma olduğunu vurğulayan politoloq PİA.az-a açılamasında qeyd edib ki, milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edirlər:

“Ümumiyyətlə, İranda etiraz aksiyalar səngimir və şiddətlənir. Ancaq Mərkəzi İran vilayətləri ilə Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyalarının motivi kəskin fərqlənir. Doğrudur Mərkəzi İran vilayətlərində də siyasi lozunqlar səsləndirirlir və bu lozunqlar əsasən rejimin təməldən dəyişməsini tələb edir. Lakin Cənubi Azərbaycanda etirazlar artıq milli xarakter almaqdadır.

Misal üçün, Tehran metrosunda “Bu il qan ilidir, Xamenei devrilməlidir” şüarı səsləndirilir, Şuş məhəlləsində “Öldürərik bacımızı (Məhsa Əmini) öldürənləri”, Firdovsi bulvarında “İslam Respublikası istəmirik” şüarları səsləndiyi halda Təbrizdə “Azadlıq, Ədalət, Milli Hökumət”, Astarada, Urmiyada “Azadlıq” şüarları səsləndirilir, Xameneinin banneri yandırılır.

Molla rejiminin etiraz aksiyalarına müdaxiləsində də açıq-aşkar fərqlər hiss edilir. Belə ki, Təbrizdə barikadalar quran İran polisi azərbaycanlılara atəş açır.

Diqqətçəkən bir digər maqam isə Cənubi Azərbaycan vilayətlərində başlanan etiraz aksiyalarının tədricən Təbriz mərkəzli təşkilatlanmasıdır. Milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edirlər. İran xaricində yaşayan cənubi azərbaycanlı siyasi mühacirlər də Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyalarına ölkə xaricindən dəstək verir.

Turan Rzayev: “İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur”.

Cənubi Azərbaycanda baş verən etiraz aksiyalarının tədircən milli azadlıq hərəkatına çevrilməsi həm də rejimin İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini pozması ilə əlaqədardır. Belə ki, qeyd olunan maddələrə görə, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, milli kimlik hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə, həbsə atıb işgəncələr verir. Buna görə də, Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyaları tədricən İranın digər vilayətlərindən fərqlənərək motivini dəyişir.

İrandakı aksiyaların davam etməsi ölkədə inqilabi proseslərin getməsinə işarə edir. Əgər aksiyalar davamlı və kütləvi olarsa, bu ölkədə inqilabın baş verməsi qaçınılmaz olacaq. Amma indiki İran hakimiyyəti çalışır və çalışacaq ki, aksiyaları səngitsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Ən çox oxunanalar