Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqasında “Qarabağ” bu gün macarlarla qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

PİA.az xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq. 

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay