Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəhənnəm və yeni dünya nizamı: “Yaramaz dövlətlər” İsrail böhranından necə istifadə edə bilər?..

Rusiya, Çin və Şimali Koreya İsrail böhranının “tüstü pərdəsi”ndən istifadə edərək dünya siyasətinin gedişatını dəyişdirə və cəhənnəmi yarada bilər...

Poliqon The Sun nəşrinə istinadən xəbər verir ki, dünyada çoxsaylı münaqişələr alovlanma təhlükəsi ilə üzləşdikcə yeni şər oxları formalaşır. Analitiklərin fikrincə, yeni dünya nizamı uğrunda mübarizədə “yaramaz dövlətlər”in məsuliyyətdən yayınması şansı var.

Oktyabrın 7-də HƏMAS-ın misli görünməmiş hücumunda İsrailə qarşı törətdiyi terror 1400 israillinin ölümünə səbəb oldu və ölkə qisas almağa qərar verdi. İndi də 15-ci gündür ki, qanlı müharibə davam edir, nəticədə 4 mindən çox fələstinli həlak olub. İsrail daim bombardman edilən Qəzzaya genişmiqyaslı quru hücumuna hazırlaşır.

İndi bütün dünya İsrail və HƏMAS arasındakı münaqişənin yeni cəbhələr açıb bütün Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olub-olmadığını görmək üçün nəfəsini kəsib gözləyir. Bununla belə ekspertlər bildirirlər ki, baş verənlər Yaxın Şərqdə regional münaqişədən daha çox təhlükə yaradır.

Onların fikrincə, bütün dünyada qaynayan böhranların barut çəlləyindəki alışmış fitili qlobal qüvvələrin Rusiyaya, Çinə və onların yaramaz dostlarına yönəlməsinə kömək edir.

“Chatham House"un Rusiya üzrə eksperti Keyr Giles mövcud vəziyyəti “Polikrizasiya yeni normaldır” deyə xarakterizə edir.

O, xəbərdarlıq edib ki, Vladimir Putin, Si Tsinpin və Kim Çen In "Qərbin Yaxın Şərqdəki faciəyə necə reaksiya verdiyini izləyəcək və öyrənəcək”. Əgər Qərb eyni vaxtda baş verən çoxsaylı münaqişələrin öhdəsindən gələ bilməsə, bunun nəticələri bütün dünyaya yayıla bilər.

“Bu, avtokratik rejimlər və yaramaz dövlətlər üçün daha çox belə münaqişələr yaratmağa açıq dəvətdir”, deyə Giles bildirib.

Co Bayden və Rişi Sunak bu həftə İsrailə dəstəklərini göstərmək üçün İsrailə uçdular və Böyük Britaniyanın baş naziri zərər çəkmiş ölkəni "ən qaranlıq saatında" dəstəkləməyə söz verdi.

Eyni zamanda, Putin “köhnə” və “əziz” dostu Siyə baş çəkdi və hər iki tiran ABŞ və Qərbi tənqid etdi. Rusiya və Çin HƏMAS-ı 7 oktyabrda törətdiyi dəhşətlərə görə qınamaqdan imtina edib, İsrailin hava hücumlarını tənqid edib və Fələstini azadlığa çağırıb. Onların hərəkətləri dünyanın aparıcı gücləri arasında yaranmış geosiyasi uçurumu ifşa edir.

“İsrail yeni bir alovlanma nöqtəsi deyil, lakin o, mərkəzi mərhələyə keçib. Mövcud vəziyyət bir az da davam edərsə, digər Yaxın Şərq dövlətlərinin də münaqişəyə cəlb olunma ehtimalı yüksəkdir”, deyə Uppsala Universitetinin sülh və münaqişə tədqiqatları professoru Aşok Svain The Sun-a bildirib.

Ekspertlərin fikrincə, əgər ABŞ, Böyük BritaniyaNATO bu müharibəyə cəlb olunsa, bundan kimin xeyir götürəcəyi bəllidir.

“Çin və Rusiya münaqişənin yayılmasını gözləyirlər”, deyə professor Svain qeyd edir.

Yaxın Şərq artıq bir neçə ildir ki, yeni supergüclər rəqabətinin episentridir və bu “müharibə” hər iki güc mərkəzinə öz imkanlarını qiymətləndirmək imkanı verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar