Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavidan Novruz: “Anamın xəbəri yoxdur, qardaşının ölümünü bilmirik ona necə deyək” - Yenilənib

“Anamın xəbəri yoxdur, bilmirik necə deyək”...

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın zamanı vəfat edən dayısı haqqında danışan zaman deyib.

O, dayısını artıq dəfn etdiklərini bildirib:

“Səhərdən telefonlar susmur. Artıq dayımı dəfn etmişik. Dayımın ölümü gözlənilməz oldu. Lakin o yanğında həlak olmayıb. Onun özünün obyekti var idi. Obyekti artıq üçüncü dəfə idi yanırdı. Ürəyi partladı. Artıq dözə bilmədi, çox heyif. Yaxşı deyiləm, danışmaqda çətinlik çəkirəm”.

C. Novruz sonda anasının qardaşının ölümündən xəbərsiz olduğunu qeyd edib:

“Anamın hələ də xəbəri yoxdur. Bilmirik ki, ona necə bu xəbəri verək. Cavan qardaşı getdi”.

***

Bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın zamanı vəfat edən şəxs Xalq artisti Ramiz Novruzun qohumu imiş.

Oxu.Az-ın məlumatına görə, bu haqda R.Novruzun qızı, stilist Şəfəq Novruzova məlumat yayıb.

O qeyd edib ki, yanğında dünyasını dəyişən şəxs - 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov onun dayısıdır:

“Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm, xəbəri anama necə deyim”.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Poliqon.info


Etiket: Cavidan Novruz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar