Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavanşir Quliyev səhhətindən danışdı

"İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”.

Bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev "Günün Səsi”nə açıqlaması zamanı bildirib. Bəstəkar səhhətindən danışıb:

"Kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək - hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evde qalacağam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı bu qədər dəstəyi heç gözləmirdim”.

Qeyd edək ki, C.Quliyevin İstanbulda olarkən səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. Bəstəkar bir neçə gün əvvəl əməliyyat olunub. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar