Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Casus-keşiş Brunson azadlığa buraxıla bilər – İddia

“Hürriyət” qəzetinin müəllifi Əbdülqadir Selviə, bugünkü yazısında Amerikalı casus Endryu Brunsonun 12 oktyabrda heç bir ədliyyə nəzarəti şərti olmadan mühakimə olunmaqla sərbəst buraxılacağını iddia edib

Abdülqadir Selvi, bugünkü yazısında Türkiyəni iqtisadi hücumların hədəfinə gətirən səbəblərin aradan qaldırılmağa çalışıldığını qeyd edərək ev həbsində saxlanılan Amerikalı casus Endryu Brunsonun 12 oktyabrda sərbəst buraxılacağını iddia edib.

“13 oktyabrda təyyarənin pilləkənlərindən düşərkən görə bilərik”

Brunsonun vəkili İsmayıl Cəm Halavurtla danışdığını ifadə edən Selvi "Bu vəziyyətdə 13 oktyabrda Brunsonu ABŞ-da təyyarənin pilləkənlərindən düşərkən görə bilərik" deyib.

Selvinin köşə yazısından bir hissə;

“Türkiyəni iqtisadi böhrana aparan yoldakı minalar bir bir təmizlənməyə çalışılır. ABŞ ilə yaşadığımız böhranın hərəkətvericisi olan Brunson hadisəsində mühüm irəliləyişlər gözlənilir. Brunsonun vəkili İsmayıl Cəm Halavurtla danışdım. 3 oktyabrda Konstitusiya Məhkəməsinə fərdi müraciət edəcəyini təsdiqlədi. Mehmet Altan qərarını əsas göstərərək, Brunson haqqındakı ədliyyə nəzarəti şərtinin götürülməsini tələb edəcək. Həmçinin 12 oktyabrdakı məhkəmədə Brunsonla bağlı qərarın nəticələnməsi gözlənilir. Yəni, törətdiyi cinayətlərdən dolayı məhkumluq verilib, icraatın ədliyyə nəzarəti şərti olmadan davam etməsi kimi. Bu vəziyyətdə 13 oktyabrda Brunsonu ABŞ-da təyyarənin pilləkənlərindən düşərkən görə bilərik".(Müxalifət.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib

Ən çox oxunanalar