Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Burada hər şey başçıya aiddir... - Mirdaməd Sadıqovun firmalarının siyahısı...

Mirdaməd Sadıqov Ələkbərovların biznesini İsmayıllıda davam etdirir


İcra başçısı tikinti sektorunda maxinasiyalar aparır. 

O, rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait "yeməsi” barədə iddialar var.Sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən "VAFİ-Region” MMC şirkətinin "qabaqcıl” yerini indi "İsmayıllı Tikinti – 27” ASC tutub.

M.Sadıqovun "etibarlı” şirkəti kimi tanınan bu şirkət də "VAFİ-Region” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur.

Mənbə bildirir ki, "İsmayıllı Tikinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.

Belə ki, "İsmayıllı Tikinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin "sərf edilməsində” iştirak edib. Həmçinin Sadıqovun sevimli "icraçı”ları arasında "Ağçay-48” və "ÜlviMİ” adlı MMC-lərin də adı çəkilir.
Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib. Rayonda "siyam əkizləri” kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif "abadlaşdırma” layihələrinin əsas oyunçusuna çevrilirlər.

Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona "adaptasiya” olmaq məqsədi ilə bəzi şəxslərin "biznes”inə yol açmağa qərar verib. RİH və kəndlərin icra nümayəndəliklərinin sifarişi ilə həyata keçirilən ərzaq alqı-satqısı isə ancaq və ancaq "N-L” MMC (Rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar "otkat” əməliyyatından xəbər verir.

Belə ki, ənənəvi "otkat” əməliyyatlarında dövlət sifarişi kimi nəzərdə tutulan məhsullar dəyərindən baha qiymətə müəyyən bir şirkətdən alınır, sonra isə həmin pullar dövlət məmuru ilə işbazlar arasında bölüşdürülür.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov və onun yaxın çevrəsinin rayonda nəinki tikinti, bütün sahələrdə monopoliya yaratdığı, "sahibkarlığın inkişafı”nı ancaq dar çevrədə apardığı da qeyd olunur.

Belə ki, məlumat verən mənbə İsmayıllıda iş görmək, yeni obyektlər açıb işsizlik səviyyəsini azaltmaq istəyən sahibkarlara "xüsusi seçim”lə yanaşıldığını, bu işlərin ancaq müəyyən qrupun icazəsi və xeyir-duası ilə baş tutduğunu bildirib.(qafqaznews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar