Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu marşrut xəttində də ödəniş “BakıKart”la olacaq

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırııması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

Sabahdan 64 nömrəli marşrut xətti (“Neftçilər” m/s – Yeni Günəşli qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da gün ərzində orta hesabla 13 000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.

Sərnişinlərin rahatlığı nəzərə alınaraq Yeni Günəşli qəsəbəsi üzrə zəruri ərazilərdə ümumilikdə 5 ədəd “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Türkiyəli məşhur aktrisa 38 yaşında vəfat etdi

Ceyhun Bayramov Pakistanda səfərdədir - Yenilənib

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

XİN: Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaqdır

Ən çox oxunanalar