Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub

Oktyabrın 24-ü ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anım günü elan edilib...

“Report” xəbər verir ki, bununla bağlı Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb.

Bəyannamədə 141 il əvvəl anadan olmuş, ideyaları günümüzün qlobal çağırışlarını əks etdirməkdə davam edən, tanınmış Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və irsinə ehtiram ifadə olunur. Qeyd olunur ki, Azərbaycan ədəbiyyatında mütərəqqi romantizmin banilərindən biri olan Hüseyn Cavidin yaradıcılığında totalitarizmlə cəsarətlə qarşı-qarşıya duraraq, öz dövrünün zülmünü, ədalətsizliyini, ayrı-seçkiliyini rədd edərək azad və ədalətli dünya ideyalarını əhatələyib.

Qeyd edək ki, ötən il Vaşinqton şəhərində Hüseyn Cavidin 140 illik yubileyi günündə ədibin barelyefinin açılışı olub. Barelyef Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərinə vurulub.

Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, ölkəmizin ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Bundan əvvəl isə Vaşinqtonda oktyabrın 24-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi münasibətilə anım günü elan edilib.

Mer Muriel Bauzerin imzaladığı bəyannamədə XX əsrdə yaşamış görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad edilir. Vaşinqton meri Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında mütərəqqi romantizmin banilərindən biri olduğunu, onun azad və ədalətli dünya, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə ideallarının günümüzün qlobal çağırışlarını əks etdirdiyini qeyd edib, görkəmli şairin 1956-cı ildə rəsmi olaraq bəraət aldığını vurğulayıb.

Poliqon.info

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay