Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BRAVO” supermarketlər şəbəkəsindən Əhmədlidəki filialına edilmiş silahlı basqınla bağlı açıqlama

Bu gün səhər saatlarında Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə edilmiş silahlı hücumla bağlı şəbəkə məlumat yayıb. 

Poliqon.info “BRAVO”nun açıqlamasını təqdim edir:  

 
“Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. 

Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır.

Bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.

BRAVO hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat Xidmətindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik”.

Poliqon.info


Etiket: BRAVO


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Ən çox oxunanalar