Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük ehtimalla Ərdoğan birinci turda qalib gələcək - Rəy sorğusu...

Rəcəb Tayyip Ərdoğan 2018-ci ildə seçkilərdə qalib gəldiyi nəticəyə yaxındır...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 48,6% səs toplayır.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Hürriyet qəzeti məlumat yayıb.

Hürriyet qəzetinin sifarişi ilə “Optimar” Tədqiqat Mərkəzinin keçirdiyi seçkiqabağı sorğunun nəticələri məlum olub. Sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib.

Sorğuya görə hər iki əsas namizədin reytinqi son on gündə yüksəlişdədir. Ərdoğan zəlzələdənsonra reytinq geriləməsini bərpa edib və artıq iki həftədir ki, yüksəlişdədir. Qəzet yazır ki, Kılıçdaroğlu səslərin sayını artıran ikinci namizəd olub.

Dörd namizədin hamısı ilə bağlı sorğunun nəticələri belə olub: Ərdoğan 48,6%, Kılıçdaroğlu 44,1%, Məhərrəm İncə 4,3%, Sinan Oğan 3%.

Qəzet qeyd edir ki, seçkilərlə bağlı proqnozlar ikinci turun olacağı ilə bağlıdır, lakin son sorğu göstərir ki, ikinci tur olmaya bilər.

“Seçkilərə iki həftə qalmış səs faizini 48 faizdən yuxarı qaldırmağı bacaran Ərdoğan ilk tur üçün lazım olan iki ballıq artımı əldə edə bilər. Çünki Ərdoğan bir müddətdir ki, yüksəlişdədir. Onun səsləri artır , azalmır. İlk turda o, liderliyi əla alıb qələbə qazana bilər”, deyə son nəticələrə əsaslanan qəzetin köşə yazarı Abdulkadir Selvi yazır.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlərin yekun siyahısına hazırkı dövlət başçısı, “Cümhuriyyət İttifaqı”ndan namizəd 69 yaşlı Ərdoğan, müxalifətdən “Millət İttifaqı”nın namizədi 74 yaşlı Kılıçdaroğlu, “ Memleket” partiyasından 58 yaşlı Məhərrəm İncə və “Ata İttifaqı”ndan namizəd olan 55 yaşlı Sinan Oğandır.

Namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar