Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniyanın böhranı və mühafizəkarların son şansı...

Britaniyada Consonun istefasından sonra Trass höküməti cəmi 44 gün davam gətirə bildi...

Ekspert: “İndi İngiltərədə klassik hökumət böhranı yaşanır. İngiltərədə bu dəfələrlə olub. Buna görə də onlar üçün bu faciəvi bir şey deyil”.

“Düşünürəm ki, İngiltərənin yeni baş naziri keçmiş maliyyə naziri Ruşi Sunak olacaq. Hətta Ruşi Sunakın da uzunmüddət hökumətin başçısı qalması çox şübhəli görünür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli İngiltərədə baş verən böhranı PİA.az-a şərh edərkən qeyd edib.

Sentyabrın 6-da baş nazir vəzifəsində Boris Consonun yerini tutan Liz Trass cəmi 44 gün hökumət başçısı olduqdan sonra, oktyabrın 20-də istefasını bəyan edib.

Beləliklə o, Britaniya tarixində ən qısamüddətli baş nazir kimi Britaniya tarixinə düşdü. Bundan başqa ingilis funt sterlini də məhz Liz Trassın dövründə tarixdə il dəfə dollardan daha ucuz bir valyutaya çevrildi. Kraliça Yelizavetanın da qəfil ölümünü nəzərə alarsaq, Liz Trassın 44 günlük hakimiyyəti ərzində Britaniya çox böyük dəyişikliklərə imza atdı. Bu səbəbdən də bir çox anti-rekordlara imza atan Liz Trassın 44 günlük hökümətinin Britaniya tarixinə düşəcəyi də şübhə doğurmur.

Britaniyadakı siyasi və iqtisadi böhran daha da böyüməkdədir. Sabiq Baş nazir Boris Conson yenidən Mühafizəkarların lideri olmaqdan imtina etsə belə, artıq seçilməsi şübhə doğurmayan hindu əsliili keçmiş maliyyə naziri Ruşi Sunakın böhranı önləyə biləcək bir hökümət qura bilməsi də şübhəlidir. Siyasi analitiklər hesab edirlər ki, Ruşi Sunakın höküməti də uzun müddət hakimiyyətdə qala bilməyəcək. Çünki hakim Mühafizəkarlar Partiyasının daxilində ciddi siyasi çatlaqlar mövcuddur.

Britaniyada nələr baş verir və hökümətlər hansı səbəbdən tez-tez istefaya getməyə məcbur olurlar? Yaşanan böhran nə qədər siyasi və nə qədər iqtisadi xarakterlidir? Eyni zamanda hazırkı böhran nə qədər dərindir və uzun müddət davam edə bilərmi?

Britaniya siyasətində baş verənləri PİA.az-ın əməkdaşı REAL-ın icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Çox güman yaxın aylarda biz İngiltərədə növbədənkənar parlament seçkilərinin olacağının şahidi olacağıq”.

İngiltərədə bu dalğalanmaların daha sürətlə getməsi və ard-arda baş nazirlərin istefası ingilis funtunun dəyərinin düşməsinə, İngiltərənin qiymətli kağızlarının ucuzlaşmasına səbəb olduğunu və iqtisadi oyunçular belə dalğalanmanı yaxşı qəbul etmədiklərini qeyd edən ekspert PİA.az-a açıqlamasında vurğulayıb ki, bu proseslər davam edəcək:

“İndi İngiltərədə klassik hökumət böhranı yaşanır. İngiltərədə bu dəfələrlə olub. Buna görə də onlar üçün bu faciəvi bir şey deyil. İngiltərədə yaşanan bu böhran, bizə qəribə gəlir. Amma demokratik və Avropa ölkələrində hökumətin, baş nazirlərin dəyişməsi, koalisiyalar dağılması tez-tez baş verir. Burada qəribə heç nə yoxdur. Lakin hökümətlərin tez-tez dəyişməsi hər şeydən əvvəl iqtisadi problemlər yaradır. Yəni siyasi böhran həmişə özüylə iqtisadi böhran da gətirir.

İngiltərədə bu dalğalanmaların daha sürətlə getməsi və ard-arda baş nazirlərin istefası ingilis funtunun dəyərinin düşməsinə, İngiltərənin qiymətli kağızlarının ucuzlaşmasına səbəb olur. Çünki iqtisadi oyunçular belə dalğalanmanı yaxşı qəbul etmirlər.

Düşünürəm ki, İngiltərənin yeni Baş naziri keçmiş maliyyə naziri Ruşi Sunak olacaq. Hətta Ruşi Sunakın da uzunmüddət hökumətin başçısı qalması çox şübhəli görünür. Buna görə də çıxış yolu kimi çox güman bu ilin sonu, gələn ilin əvvəli İngiltərədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Britaniyadakı siyasi böhran ortadan qaldırılmadan iqtisadi böhranı durdurmaq mümkün olmayacaq. Düşünürəm ki, bu hakim partiya da bunun fərqindədir. Ya möhkəm davamlılığı olan yeni hökümət qurulmalı, ya da yeni parlament seçkiləri keçirilməli və xalqın mandat verdiyi siyasi qüvvə hakimiyyətdə möhkəmlənməlidir.

Növbədənkənar parlament seçkiləri artıq xalqdan aldığı yeni mandatla daha effektiv idarəetmə, daha dayanıqlı idarəetmə hökumətinin qurulmasına imkan verəcək. Buna görə də çox güman yaxın aylarda biz Britaniyada növbədənkənar parlament seçkilərinin şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Ən çox oxunanalar