Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell Putini yalan danışmaqda ittiham etdi

Biz Rusiyanın təbliğatına və onun yalançı hekayətlərinə qarşı mübarizəmizi davam etdirməliyik...

Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrell Rusiya prezidenti Vlodimir Putini Ukrayna taxılının yanlış məqsədlə ixrac edildiyi barədə yalan məlumat yaymaqda ittiham edib.

O, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası başlamazdan əvvəl keçirilən Aİ xarici işlər nazirlərinin mətbuat konfransında deyib.

"Biz Rusiyanın təbliğatına və onun yalançı hekayətlərinə qarşı mübarizəmizi davam etdirməliyik. Mən bəzi faktları qeyd etmək istəyirəm. BMT-nin Taxıl Sazişi və “həmrəylik xətlərinin” tətbiqi üzrə səylərimiz artıq bütün dünyada ərzaq məhsullarının qiymətlərini aşağı salmağa imkan verib. Ukrayna taxıl ixracının böyük hissəsi ona ehtiyacı olan ölkələrə yönəldilib. Verilənlərə, statistikaya baxın. Ukrayna ixracının üçdə ikisi Afrika, Yaxın Şərq və Asiyaya çatdırılır. Beləliklə, Putinin Ukraynadan ixrac edilən taxılın ehtiyacı olan insanlara çatmadığını söyləməsi doğru deyil”, - Aİ-nin nümayəndəsi bildirib.

pia.az


Etiket: Cozep Borrell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Türkiyəli məşhur aktrisa 38 yaşında vəfat etdi

Ən çox oxunanalar