Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMTM-nin şöbə müdiri: Populist-radikallar Aİ-nin xarici siyasətini əsir alıblar

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycana qarşı qərəzli və əsassız açıqlaması populist-radikalların Avropa İttifaqı xarici siyasətini əsir almasından irəli gəlir.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev bildirib.

Cavid Vəliyev deyib ki, bu yanaşmalar Azərbaycanda biraz təəccüblə biraz da təəssüflə qarşılanır. Çünki Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və işğal zamanı soyqırım və qətliamlar törədən Ermənistan heç belə təhdid edilmirdi: “Digər tərəfdən, istər 44 günlük Mətən müharibəsi, istərsə də 19 sentyabr anti-terror tədbirləri zamanı Azərbaycan hüquq və ədalətin tələblərini yerinə yetirmişdi. Əlbəttə, təbii olaraq insanlarda bir sual ortaya çıxır. Avropa təşkilatları və dövlətləri niyə belə qərəzli bir mövqe göstərir? Bunun bir neçə səbəbi vardır. Bu səbəblərdən biri Fransanın təsiri altına düşən Aİ-nin Azərbaycan-Ermənistan normallaşma prosesində atmış olduğu səhv addımların nəticəsində prosesdən uzaqlaşmasıdır. Xüsusən keçən ilin oktyabr ayında Qranadada Azərbaycansız qəbul edilən bəyannamə Aİ-nın bu prosesdəki rolunun çökməsinə səbəb oldu. Bundan sonra Aİ-dən ard-arda səhv addımlar gəlməyə başladı. Cozef Borelin bu açıqlaması populist-radikalların Avropa İttifaqı xarici siyasətini əsir almasından irəli gəlir. Bu günlərdə Azərbaycanla münasibətlərdə müsbət rol oynayan Şarl Mişelin və ya Ursula von der Leyerin səsi çıxmır. Daha doğrusu, onları Avropanın Azərbaycan siyasətində ikinci plana atıblar. Bunun başlıca səbəbi Makron və Fransanın təsirində olan siyasətçilərin Avropa xarici siyasətində rolunun artmasıdır. Cozef Borel bunlardan biri sayıla bilər. Cozef Borelin açıqlamalarında Azərbaycana qarşı şantaj və təhdid metodlarından istifadə edərək, Ermənistanın tələblərinin Azərbaycana qəbul etdirilməsi məqsədi açıq aydın hiss olunur. Avropadan gələn bu açıqlamalar qarşısında Azərbaycan mütləq səssiz qalmayacaq”.

BMTM-nin şöbə müdiri qeyd edib ki, Avropa Şurasından çıxmaq Azərbaycanın öz əlində olan bir imkandır: “Azərbaycan istəsə, çıxa bilər. Azərbaycanla münasibətləri pozulan Avropanın eyni zamanda Türk və İslam dünyası ilə də münasibətləri zərər görəcək. Onsuz da son illərdə dünyada Avropaya etibar və ümid azalıb”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar