Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən dəstəyi çox yüksək qiymətləndirir”

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirdiyi “dəyirmi masa”da BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İsakzai deyib...

Onun sözlərinə görə, BMT ilk gündən Azərbaycandakı məcburi köçkünlərə dəstək göstərib və təşkilatın bir neçə qurumu bu prosesdə iştirak edib: “Atəşkəs sazişi imzalandıqdan sonra isə BMT yenə də qaçqınlara dəstək göstərməkdə davam edib. Hazırda 600 mindən çox köçkün qeyri-müəyyən vəziyyətdə yaşayır, yəni onlar öz doğma yurdlarına nə zaman qayıdacaqlarını bilmirlər. Düzdür, bu təbəqənin böyük qismi rahat, isti evdə yaşayır. Lakin unutmamalıyıq ki, çox sayda insan hələ də tam standartlara uyğun olmayan şəraitdə yaşayır. Yeni qəsəbələrə köçürülməyən insanların problemləri həll edilməlidir. Biz çalışmalıyıq ki, onların şəraitini nisbətən yüngülləşdirək”.

BMT rəsmisi bildirib ki, məcburi köçkünlər arasında işsizlik səviyyəsi də yüksəkdir: “BMT ilə Azərbaycan hökuməti arasında tərəfdaşlıq proqramı üzərində iş aparılır. Biz çalışırıq ki, həmin proqram çərçivəsində məcburi köçkünlərlərin problemlərini daha müfəssəl şəkildə həll edək. Yəni BMT-yə daxil olan bütün qurumlar bu prosesə öz dəstəyini göstərməlidir. Çünki biz məcburi köçkünləri həssas qrup hesab edirik. Dayanıqlıq inkişaf məqsədlərinə çatmaq üçün həssas qrupların cəmiyyətin digər qrupları ilə eyni imkanlardan faydalanmasını təmin etmək lazımdır. Biz çalışmalıyıq ki, həssas qrup nümayəndəsi olaraq, məcburi köçkünlərə yardımımızı əsirgəməyək. Onlar cəmiyyətin sosial-iqtisadi həyatından təcrid olunmamalıdırlar, inkluzivlik artırılmalıdır”. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar