Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bezpalkonun Azərbaycana qarşı təhdidləri: Moskva Bakını qorxutmağa çalışır...

Rusiya prezidentinin təmsilçisi Boqdan Bezpalko deyib ki, buna görə Azərbaycanı Ukrayna kimi alovun içinə ata bilərlər...

Politoloq: “Bu günə kimi Rusiya Azərbaycana guya loyal münasibət bəsləyibsə, bu, onun ikiüzlüyündən irəli gəlirdi. Rusiya artıq iç üzünü açmağa məcbur olur”.

“Görünən odur ki, Rusiya hakimiyyəti zəifliyini gizlətmək, düşdüyü biabırçı durumu ört-batır etmək üçün qabaqdangəlmişlik edir”.

Bu sözləri politoloq Azər Qasımov Rusiyadan ölkəmizə qarşı səsələndirilən təhdidləri Poliqon-a şərh edərkən qeyd edib.

Rəsmi Bakı Moskvadan sülhməramlıların ehtiyacları olan yüklərin Azərbaycan ərazisindən Qarabağa daşınmasını tələb edəndən sonra Rusiyadan ölkəmizə qarşı təhdidlər səsləndirilməyə başlayıb. Dünən Rusiya Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko Azərbaycana qarşı təhdidlər səslnədirərək bildirib ki, Rusiya Azərbaycanın bu tələbini yerinə yetirməyəcək. Bezpalko onu da əlavə edib ki, buna görə Azərbaycanı Ukrayna kimi alovun içinə ata bilərlər və Azərbaycana heç kim rəhm etməyəcək.

Rusiya rəsmilərinin dilindən Azərbaycanın qanuni tələblərinə qarşı belə təhdidlərin səsləndirilməsi nədən xəbər verir və bu təhdidləri nə qədər real ola bilər?

Rusiyanın Azərbaycanı haqsız yerə təhdid etməsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rus sülhməramlı kontingentin təchizatı məsələsinin Azərbaycan üzərindən aparılması mütləqdir. Bu, Azərbaycanın suverenlik məsələsidir və buna hörmət edilməlidir”.

Rusiyanın istəsə belə, Azərbaycana kəm gözlə baxa bilməzliyini qeyd edən politoloq əlavə edib ki, Azərbaycan Rusiya üçün digərləri deyil:

Rusiya həmişəki iç üzünü açır. Bu günə kimi Rusiya Azərbaycana guya loyal münasibət bəsləyibsə, bu, onun ikiüzlüyündən irəli gəlirdi. Rusiya artıq iç üzünü açmağa məcbur olur. Çünki artıq bunu gizlədə bilmir və belə təhdidlərin getdikcə artacağı, hətta açıq qarşıdurma həddinə keçəcək.

Rus sülhməramlı kontingentin təchizatı məsələsinin Azərbaycan üzərindən aparılması mütləqdir. Bu, Azərbaycanın suverenlik məsələsidir və buna hörmət edilməlidir. Rusiyanın hansısa məmurunun Azərbaycanı təhdid etməsi gülüş doğuran haldır. Rusiyanın indiki durumda düşdüyü istehzalı vəziyyət və Priqojin olayından sonra baş verən hadisələr bir daha onu göstərir ki, Moskva gülünc duruma düşdükcə ətrafına daha çox xox gəlməklə məşğul olur. Bunu rus informasiya kanallarında da hiss edirik.

Azər Qasımov: “Moskva gülünc duruma düşdükcə ətrafına daha çox xox gəlməklə məşğul olur”.

Görünən odur ki, Rusiya hakimiyyəti zəifliyini gizlətmək, düşdüyü biabırçı durumu ört-batır etmək üçün qabaqdangəlmişlik edir. Rusiya istəsə belə, Azərbaycana kəm gözlə baxa bilməz. Azərbaycan Rusiya üçün digərləri deyil. Söhbət hərbi gücdən getmir. Azərbaycanın yanında Türkiyə kimi qardaş dövlət dayanıb. Rusiya bizlərin hesabına nəfəs alır.

Hesab edirəm ki, Rusiya öz nəfəs aldığı dəliyi də bağlamaq fikrinə düşməz. Əgər düşərsə, bu, Rusiyanın düşmənlərinin işinə yarayacaq. Bunu da Rusiya düşünsün. Bir ovuc erməni, yoxsa, güclü Azərbaycan və Türkiyə”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay