Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Şahin Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçiriblər.

AQTA-dan virtualaz.org-a verilən məlumata görə, yoxlama zamanı sexin sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub.

Belə ki, sexdə çörək istehsalı zamanı istifadə edilən un və duzun birbaşa döşəmə üzərində saxlanıldığı, xammal olaraq istifadə edilən unun kənar qarışıqlardan təmizlənmədiyi, sexin girişində dezbaryerlərin qurulmadığı, divarların vaxtaşırı olaraq təmizlənmədiyi aşkar edilib. Sexə baxış zamanı məlum olub ki, anbarda temperatur və nisbi rütubətə nəzarət edən nəzarət-ölçü cihazları yerləşdirilməyib, çirkab suların yığılması, həşərat və yad cisimlərin girişinin əngəllənməsi məqsədilə heç bir tədbir görülməyib, həmçinin sexdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

pia.az


Etiket: AQTA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar