Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda on minlərlə insan Lukaşenkonun iqamətgahına yürüş edir

Minskdə başlayan leysan, “Pobediteley” prospektində, Prezident Aleksandr Lukaşenkonun iqamətgahının yerləşdiyi baryerlərin yaxınlığında toplaşan bəzi nümayişçiləri geri çəkilməyə məcbur edib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, son bir saat yarım idi ki, etirazçılar Lukaşenkonun iqamətgahını qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə üz-üzə dayanmışdılar.  İzdiham etiraz şüarları səsləndirsə də, aktiv hərəkətə keçmədi. Tikanlı məftillərlə örtülmüş sədlərin arxasındakı təhlükəsizlik qüvvələri də baş verənlərə müdaxilə etmədilər.

Arada yaxınlıqdakı binalardan səsgücləndiricilər vasitəsilə etirazçılara dağılışmaq üçün müraciətlər edilir, lakin izdiham onlara heç bir reaksiya vermir.

Xatırladaq ki, ötən bazar günü Minskdəki genişmiqyaslı mitinqi zamanı da güclü yağış yağmişdı və bəzi nümayişçilər şəhər mərkəzini tərk etməyə məcbur olmuşdular.

**17:24

On minlərlə insanı birləşdirən etirazçı izdiham Belarus Prezidenti Aleksandr Lukasenkonun Minskdəki iqamətgahı yerləşən İstiqlal Sarayına yaxınlaşıb.

PİA.az bildirir ki, hüquq-mühafizə orqanları "Pobediteley" prospektində-İqamətgahın yaxınlığında sədlər quraraq etirazçıların yolunu kəsiblər.

Hüquq-mühafizə orqanları mətbuat nümayəndələrini, hətta sənədləri yoxlayandan sonra da, İstiqlal Sarayından uzaqlaşmağa çağırırlar.

Qeyd edək ki, icazəsiz kütləvi etiraz aksiyaları Belarusun bütün bölgələrində keçirilir, Minskdə artıq 10 nəfər saxlanılıb.

Minskdə internetlə bağlı da problem yaranmağa başlayıb. Bəzi yerlərdə internet ümumiyyətlə yoxdur, bəzi yerlərdə isə sürəti olduqca zəifdir.

**14:28

Minskin Müstəqillik Meydanına xüsusi texnika yeridilib.

Bu barədə TASS məlumat yayıb.

Təxminən on ədəd texnika, o cümlədən bir neçə təcili yardım maşını sözügedən əraziyə gətirilib.

Meydan metal hasarlar və polislə əhatə olunub, yeraltı keçidlər bağlanıb. Şəhərdə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, küçələrdə etirazçıların olmadığı bildirilir.

Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Olqa Çemodanova bu addımın paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə atıldığını bildirib.

Qeyd edək ki, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) həmin ərazidə etiraz aksiyası keçirilməlidir.

Onu da xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt məlum olub

“iPhone 16”da yeni bir düymə olacağı açıqlandı

Ən çox oxunanalar