Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beket Karaşin: “Ermənistan dünyanın siyasi xəritəsindən tamamilə yox ola bilər”

Qazaxıstan Azərbaycana qarşı qardaş münasibətini dəfələrlə sübut edib. Bu, xüsusilə Qarabağ münaqişəsinin kəskinləşdiyi zaman özünü göstərir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda müharibə aparır və Qazaxıstan cəmiyyətinin əksəriyyətinin simpatiyası Azərbaycanın tərəfindədir.

Məşhur qazaxıstanlı yazıçısı, şair, analitik, Akademik Zeynulla Kabdulov Fondunun direktoru Beket Karaşin Media.Az-a verdiyi açıqlamada öz proqnozlarından danışıb.

Ermənistan siyasi rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə, erməni qoşunlarının geri çəkilməsini rədd etməsinə, həmçinin separatçı qurumun öz müqəddəratını təyin etməsində israrını davam etdirməsinə münasibət bildirən B.Karaşin bildirib ki, çox güman, Cənubi Qafqazdakı forpostunu itirmək istəməyən Rusiyanın iştirakı ilə pərdəarxası oyunlar gedir.

 
“Digər oyunçular da var. Ümumiyyətlə, hər şey Ermənistanın dünyanın siyasi xəritəsindən tamamilə yox ola biləcəyinə gətirib çıxara bilər. Yerevan rəhbərliyi özü buna səbəb olub.

Mənə elə gəlir ki, Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonu və Qarabağın özünü tam azad edəndən sonra da Ermənistan öz xəttini dayandırmayacaq və bombardmanı davam etdirəcək. Ancaq o zaman vəziyyət fərqli olacaq. Təcavüzkarlıq aktı cavab tədbiri görməyi tələb edəcək və onlar olacaq. Lakin biz öncəgörən deyilik ki, sonda nə olacağını qabaqcadan bilək”. 

B.Karaşin ermənilərin Azərbaycan tərəfində guya türk hərbçilərinin iştirakı ilə bağlı iddiasına da münasibət bildirib:

“Bunun erməni təbliğatı olduğu aydındır. Yerevanda çox məsələlər barədə danışırlar. Suriyalı yaraqlılar, mücahidlər barədə açıqlamalar olub. Ermənistanın siyasəti həmişə yalan və vicdansız olub. Ermənistanın informasiya siyasəti yalana, Azərbaycanın informasiya siyasəti isə həqiqətə söykənir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar