Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden və Xamaneyi - Proseslər hansı istiqamətdə davam edəcək?

Bölgə qəyyumluq dönəmini aşıb, ərəb ölkələri artıq iqtisadi, ideoloji və siyasi cəhətdən daha güclü və təsirlidir...

Emel Abdulaziz Hezzani
“Şarkul Avsat” qəzeti, 9 fevral 2021-ci il

2019-cu ilin may ayında Səudiyyə Ərəbistanın mərkəzindəki neft obyektləri raket hücumuna məruz qalmış və bu hadisə dünya neft bazarında səs-küyə səbəb olmuşdu. Bu müəssisələrdəki əməliyyatlar cəmi bir neçə gün dayandırılmış, lakin bu vəziyyət neftin müqəddəs olduğuna inanan və neftlə oynamağın bazarları sarsıtdığını düşünən beynəlxalq ictimaiyyət üçün ciddi narahatlığa səbəb olmuşdu.

Bu hücumun məsuliyyətini isə
Yəməndəki husi “Ənsarullah” qrupu öz üzərinə götürüb. Raketlərin Səudiyyə Ərəbistanının cənubundan deyil, şimalından atıldığı qətiyyətlə sübut olunsa da, husilər silahlarını və güclərini göstərmək və İraqdakı İran milislərinin də müharibəyə qoşulması xəbərini təkzib etmək üçün israrla hücumu öz üzərlərinə götürdülər. İndi isə vəziyyət tamamilə tərsinə çevrilib. Bir həftə əvvəl Səudiyyə Ərəbistanı ərazilərini hədəf alan və bloklayan raket hücumundan sonra husilər dərhal bu hücumla heç bir əlaqələri olmadığını elan etdilər. Bu dəfə inkar etmələrinin səbəbi isə Ağ Evin husiləri terror təşkilatları siyahısından çıxarmaq üçün BMT-yə təzyiq göstərməsi idi. Bu hücum həm də Körfəzdəki müttəfiqlərinin hər iki tərəfdən İran nüfuzu ilə mühasirəyə alınması barədə İranın ABŞ-a verdiyi bir mesaj idi. Hadisələrin xəritəsi və aktyorların yerləri dəyişib və bu da Demokrat rəhbərlik vasitəsilə proseslərə yeni yanaşma gətirir.

ABŞ-ın yeni prezidenti Bayden iki zidd mirasla üz-üzə qalıb. Birincisi, İranın bölgədəki sabitliyi pozan bəzi fəaliyyətlərini cilovlamaq üçün İran rejimi ilə açıq şəkildə dialoqa girən keçmiş prezident Barak Obamanın mirasıdır. İkincisi isə Obama siyasətinin əksini izləyən keçmiş prezident Donald Trampın mirasıdır.

İran Donald Tramp dönəmində 3 ildən çox ciddi sanksiyalara görə əziyyət çəkdi. Sonuncu dəfə isə İranın ali lideri Xameneyi iki gün əvvəl ölkəsinin 2015-ci ildə imzalanan nüvə sazişi çərçivəsində götürdüyü öhdəliklərinə geri qayıtması üçün öz şərtlərini Vaşinqtona qəbul etdirməyə çalışıb. O, bütün sanksiyaların qaldırılmasını tələb etməklə kifayətlənməyib, həm də sanksiyaların həmişəlik ləğv edilməsini təmin etmək üçün əlavə vaxt istəyib.

Bayden administrasiyası orta yol izləməyə çalışır. Bir tərəfdən, nüvə anlaşmasından asılı kimi görünür, digər tərəfdən isə tənzimləmə və əlavələr edilməsinin vacibliyini vurğulayır. Sanksiyaları ləğv etmək istəmir, ancaq iranlıları danışıqlar masasına gətirmək üçün bəzi addımlar atmaqdan da çəkinmir. Bayden administrasiyasının xarici sənədlərində əsas yeri tutan İran milisləri isə İraqa nəzarət edir və Amerika qüvvələrini İraqı tərk etməyə məcbur etmək üçün İŞİD və “Əl-Qaidə” ilə əməkdaşlıq edirlər. Lakin yenə də İran ABŞ-ın keçmiş adminstrasiyasının nəzarəti altında Taliban və Əfqanıstan hökuməti arasında bağlanan müqaviləyə nüfuz etməyi bacarıb.

ABŞ-ın yeni prezidenti əlindəki vəsaitləri nümayiş etdirmək üçün Taliban hərəkatının liderini Tehranda qonaq edib. Ümumiyyətlə ABŞ-da yeni hökumətlərin ilk 100 günü onlar üçün bir sınaq dövrü hesab olunur. Ancaq reallıq budur ki, ən vacib qərarlar bu dövrdə verilmir. Baydenin husiləri terror təşkilatları siyahısından çıxarmaq qərarını Barak Obama dövrünün geri qayıtması kimi başa düşənlər olsa da, bu, doğru deyil.

Bu qərar başda Körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı üçün qənaətbəxş olmaya bilər, lakin ABŞ administrasiyası şansını başqa yollarla sınamaq istəyir. Məsələn, Tim Lenderkinqin Yəmənin Xüsusi Nümayəndəsi təyin edilməsi müsbət bir addım idi. Bayden administrasiyası müttəfiqlərini husi hücumlarına və İranın düşmənçilik fəaliyyətlərinə qarşı qorumaq üçün də söz verib. Təcrübəli Bayden üçün bu mənzərə heç də birmənalı deyil və əslində, onun adminstrasiyası husilərin terrorçu olduğunu bildirmişdi. Bu qərarın məqsədi sadəcə olaraq “Ənsarulallah”ı terror təşkilatı elan etməklə şimaldakı husilərin nəzarətindəki bölgələrin humanitar zərbə alacağını deyən BMT-nin tələbinə cavabını vermək idi.

Körfəzdə bu vəziyyət birbaşa husilərin şantajı kimi qəbul edilir və şübhəsiz ki, 6 illik müharibə tarixi Yəməndəki müharibədən ən çox əziyyət çəkən bölgələrin husilərin nəzarətində olduğunu ortaya qoydu.

Husi liderlərin humanitar yardım, neft və pul oğurladığına dair BMT-nin əlində sübutlar var. Bəs niyə Bayden onları sakitləşdirməyə çalışır? Fikrimcə, Ağ Ev üçün təsnifat məsələsi müharibəni siyasi cəhətdən sona çatdırmaq üçün müttəfiqlərlə əməkdaşlığa girmək qədər vacib deyil. Vaşinqton Riyadın Yəməndəki həll yolunun diplomatik olmasından məmnundur. Prezidentliyi dövründə Baydenin İrana qarşı münasibəti “boz zona”da qalacaq, çünki bu günə qədər ən çox ehtimal olunan variant budur. Müttəfiqlərinə zərər dəyməsini qəbul etməyəcək, amma İrana Trampla eyni siyasəti də tətbiq etməsi ehtimal olunmur.

Bir digər vacib məsələ olan nüvə razılaşması məsələsidir. Obama administrasiyasının nüvə sazişi barədə buraxdığı ən böyük səhv İranın bölgədəki dağıdıcı addımlarını görməzdən gəlmək deyildi. Ən böyük səhvi ərəb ölkələrini bölgə ilə bağlı müzakirələrdən kənarlaşdırması idi. Bu bölgə qəyyumluq dönəmini aşıb, ərəb ölkələri artıq iqtisadi, ideoloji və siyasi cəhətdən daha güclü və təsirlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Xamenei

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar