Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Ukraynanın NATO-ya üzvülüyünə qarşı deyil və Stoltenberqin vəzifəsindən ayrılmasını istəmir...

ABŞ prezidenti Co Bayden NATO-nun Baş katibi Yens Stoltenberqin vaxt çərçivəsi təyin etmədən Ukraynanın Alyansa daxil olma planını dəstəkləyir...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yüksək çinli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, iyunun 13-də Stoltenberq Vaşinqtonda olarkən, Ağ Evdə görüş zamanı Ukraynanın NATO-ya üzv olmaq istiqamətində kifayət qədər irəliləyiş əldə etdiyini və addım-addım üzvlük fəaliyyət planını tamamlamağa ehtiyac olmadığını bildirib.

Eyni zamanda ABŞ adminstrasiyasının fikrincə, bu təklif Ukraynanın üzvlüyünün Qərblə Rusiya arasında qarşıdurmanı artıra biləcəyindən ehtiyat edərək, NATO ölkələrinin üstünlük verdiyi kursdan kənara çıxır.

The Washington Post-un mənbələrindən biri deyir ki, Ağ Ev administrasiyası Alyans daxilində birliyi qoruyacaq həll yolu axtarırdı və Baş katibin planı ilə razılaşıb.

İyunun 10-da Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İqor Jovkva bildirmişdi ki, ölkənin NATO-ya daxil olması ideyası 20 dövlət tərəfindən dəstəklənir və onlar artıq Kiyevlə müvafiq bəyannamələr imzalayıblar. Buna baxmayaraq, bütün iştirakçı ölkələr Stoltenberqin təklifinə səs verməlidir.

Həmin gün NATO baş katibinin müavini Mirça Coana bildirib ki, Alyans üzvləri hələ də Ukraynanın üzvlük məsələsində vahid fikrə malik deyillər. Coananın sözlərinə görə, qərar hərbi əməliyyatların başa çatdığı ana qədər təxirə salınmalıdır.
ABŞ ümid edir ki, bu təklif Kiyevin alyansa daxil olub-olmaması ilə bağlı NATO üzvləri arasında fikir ayrılıqlarını aradan qaldıracaq. Plan Ukraynadan islahat tələb edəcək, lakin onun Alyansa daxil olması üçün vaxt çərçivəsi müəyyən etmir.

WP qeyd edir ki, NATO üzvlərinin çoxu Ukraynanın üzvlüyünün Qərbin Rusiya ilə ziddiyyətini daha da dərinləşdirə biləcəyindən ehtiyat edir. Buna baxmayaraq NATO gələn ay Litvada keçiriləcək sammitdə Ukraynanın alyansa qoşulma yolunu müzakirə etməyə hazırlaşır.

WP mənbələrə əsasən yazır ki, Bayden administrasiyası Stoltenberqin daha bir il vəzifədə qalmasında maraqlıdır. Çünki yeni Baş katib Avropadakı qarışıqlıq şəraitində öz fəaliyyətini nizamlı şəkildə yürütməkdə problemlərlə üzləşə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar