Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banka rəhbərlik etmiş ata və oğulla bağlı qərar ləğv olundu

Ali Məhkəmədə ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir neçə il beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Fuad Əli oğlu Cam 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.

Bankın Müşahidə Şurasının sabiq sədri Əli Məhəmmədhəsən oğlu Cama isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi isə Fuad Camın həbs müddətini 5 il azaldılaraq 8 ilə, Əli Camın həbs müddəti isə 2 il azaldılaraq 6 ilə endirilib. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.

Poliqon.info 


Etiket: Hökm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - Video

Ən çox oxunanalar