Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan iznsiz Xankəndində açılış - Rusiya Qarabağda özünü nə qədər sərbəst hiss edir?

PİA.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Xəbər verdiyimiz kimi Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Xankəndində sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.

Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh yayıb.

Politoloqun sözlərinə görə, rus general açılışda bunu deyib:

“25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq, hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”. O da vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə keçmiş Dağlıq Qarabağda səyyar xəstəxana tikilir.

Normalda necə olmalı idi?

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməzdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarı ilə görüşməli və Xankəndiyə səfərinin məqsədini bəyan etməli idi. O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Qarabağda hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar