Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “yaşıl soyqırım”: Nazirliyin binası qarşısında ağacları kəsdilər - Foto, Video

Ərazidə yaşayan sakinlər bildirdilər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər...

Bakının Yasamal rayonu, Mikayil Müşfiq küçəsi 78 ünvanında şam ağacları kəsilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə dünən axşam Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey və Fövqəladə Hallar Nazirliyinin binası ilə üzbə-üz ərazidə baş verib.

Belə ki, dünən səhər əraziyə gələn Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları budamaq adı ilə orada iş aparıblar. Qurumuş ağac adı ilə ərazidə 6 şam ağacı kəsilib. Üstəlik kəsilən ağacların dibi yumuşaldılmamış yerinə kiçik şam tingi basdırıblar. Apardığımız araşdırma zamanı sözügedən ərazidə ümumilikdə 15-dən çox ağacın kəsildiyi məlum oldu.

Ərazidə yaşayan sakinlər bildirdilər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər. Belə gedişlə ilin sonuna qədər ərazidə ağac qalmayacaq. Kəsdikləri ağacların yerinə isə kiçik bir tingi bərkidirlər. Bir neçə aya onlar da quruyub gedir. Eyni üsulla yenə də kəsilənlərin yerinə “ağac əkimi” həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır. Nəticələri barədə ictimaiyyətə məlumat
veriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Rusiya hərbçiləri Zaporojyedə müəssisəni atəşə tutub, 3 mülki şəxs ölüb

Ən çox oxunanalar