Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şirkətə silahlı basqın: Xəzinədar xəsarət aldı

Hadisə zamanı Turan Kubuşov Tərxan Namazova 14 bıçaq zərbəsi vurub

Bakıda şirkətlərdən birinə basqın etməkdə təqsirli bilinən Turan Kubuşov barəsində həbs qətimkan tədbirinin aratırılması haqda təqdimata baxılıb.

Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin edilib.

İş üzrə əlavə istintaq hərəkətlərinin aparılması üçün Turan Kubuşovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.

İttihama görə, bu il aprelin 25-də Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək 20000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, hadisə zamanı Turan Kubuşov Tərxan Namazova 14 bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Turan Kubuşovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Aprelin 28-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Turan Kubuşovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. (teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar