Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda satılan mənzillərin 30 faizinin sənədi yoxdur


Nə qədər riskli olduğu deyilsə də, hələ də mənzil bazarında mülkiyyəti təsdiq edən sənədi, yəni kupçası olmayan mənzillərə üstünlük verənlər var


Dövlət reyestrindən çıxarışı olmayan istər bina, istərsə də həyət evlərinin qiyməti əksəriyyət üçün sərfəlidir.

Rieltorlar Assossiasiyasının rəhbəri Vəfadar Axundov deyir ki, çıxarışı olmayan mənzillərlə bütün sənədləri qaydasında olan mənzillər arasında təxminən 20- 30 faiz fərq olur. Bu tendensiya şəhərin bütün zonalarında müşahidə edilir. Belə ki, paytaxtın mərkəzində, eləcə də ətraf qəsəbə və kəndlərdə də bu fərq saxlanılır.

Ekspertin sözlərinə görə, sənədsiz bina və həyət evləri arasında da kəskin fərq var. Ən ucuz qiymətə təklif edilənlər məhz sənədsiz həyət evləridir.

Mütəxəssislər deyirlər ki, hər nə qədər sərfəli hesab edilsə də, çıxarışı olan mənzillərin alınmasına üstünlük verilməlidir. Çünki sənədləri qaydasında olmayan və qeydiyyatı aparılmayan mənzillərlə bağlı hər zaman müxtəlif problemlər ortaya çıxa bilər. Ən böyük problemin həmin məzilin bir neçə nəfərə satılması ola bilər ki, vətəndaşlar belə vəziyyətlə bir sıra hallarda qarşılaşıblar. Digər tərəfdən, sənədsiz mənzillərin tikildiyi ərazi müxtəlif qurumlara aid ola, yaxud mühafizə zolağına düşə bilər/Xəzər TV.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar