Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib

Noyabr ayının 21-də start götürmüş müsabiqəyə qatılmaq üçün abunəçilər “Bakcell”in “Facebook” və “İnstagram”dakı rəsmi səhifələrində keçirilən səsvermədə baxmaq istədikləri filmə səs verməli, həmin filmin sıra nömrəsini şərhdə qeyd etməli, Bakcell səhifəsini və müsabiqə barədə postu bəyənib paylaşmalı idilər.

Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən 35 nəfər qalib www.random.org saytı vasitəsilə təsadüfi qaydada müəyyən edilib. Qaliblər ən çox səs toplamış filmə 2 bilet qazanıblar.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin birinci və ikici rübü ərzində abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla təltif olunub. Sertifikat xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti tərəfindən təqdim edilib. Həmçinin, 2017-ci ildə “Bakcell” dörd dəfə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

pia.az


Etiket: “Bakcell”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Ən çox oxunanalar