Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı - Foto

Bakcell abunəçiləri “Asan İmza” xidmətinin müddətini artıq SMS vasitəsilə uzada bilərlər.

PİA.az xəbər verir ki, “Fərdi”, “Biznes” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarına sahib olan bütün Bakcell abunəçiləri “Asan İmza” xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini SMS vasitəsilə göndərə bilərlər:

“ferdi” – fiziki şəxslər üçün;

“biznes” – hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün;

«dovlet» – dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.

“Asan İmza” sertifikatlarının müddətinin SMS vasitəsilə uzadılması xidmətindən Prepaid (əvvəlcədən ödənişli) və Postpaid (sonradan ödənişli) Asan İmza SİM kartlarının mövcud istifadəçiləri yararlana bilər. “Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. “8500” qısa nömrəsinə göndərilən bütün SMS-lər pulsuzdur.

Nəzərə almaq lazımdır ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.

"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət qulluqçuları və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər. İlk dəfə bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqələri ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

Qeyd edək ki, “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” şirkətidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar