Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in dəstəyilə müəllimlər fundamental proqramlaşdırma təlimləri keçib - Foto

İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təşkil olunan təkmilləşdirmə dərsləri yekunlaşdı...

Bir müddət öncə “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri yekunlaşdı. Layihəyə qoşulan ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə ediblər. Belə ki, imtahan əsasında seçilmiş müəllimlərə 6 həftə boyunca 12 saat ərzində fundamental proqramlaşdırma mövzuları izah edilib və 150-ə yaxın alqoritmik məsələ həll olunub. Müdavimlər paytaxt ümumtəhsil müəssisələrini və bölgələri əhatə edib. Təlimin sonunda müdavimlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yekun imtahanlara cəlb olunublar.

Qeyd edək ki, son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam edir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında bu fənn üzrə olimpiada proqramının mənimsənilməsinə təlabat yaradır. 2017-ci ildən etibarən Azercell şirkəti Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşı olaraq məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təlim proqramlarının nəticəsində gənc istedadlar ölkəmizi layiqincə təmsil edir, yarışlardan qalibiyyətlə qayıdırlar.

pia.az


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

“iPhone 16”da yeni bir düymə olacağı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb

Rusiya Azərbaycanla sərhəddə logistika mərkəzləri tikir

Uşaqlar və valideynlər arasında münasibətlərin pisləşməsinin səbəbləri

AVRO-2024-də iştirak edəcək yığmalar yoldaşlıq görüşləri keçirib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyəyə səfər edib

Ən çox oxunanalar