Bazar, 22 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

“Mərkəzi Banka ofis lazımdırmı? Bəli, lazımdır. Bəs Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı? Bu, çox ciddi sualdır. Təəssüf ki, bu xərcin təsdiq edilməsi nə mənim, nə də sizin səlahiyyətinizdə deyil. Səlahiyyətli şəxslər bunu təsdiq edib, xərcləyirlər. Xərcləyə-xərcləyə də gedirlər. Mərkəzi Bank məhsul satmır, ixrac etmir. Qurum bu qazancı əhalidən alır. Hətta həmin pul Bankın qazancı da olsa, bu işlərin görülməsi sual işarəsi yaradır...”

Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli Mərkəzi Bankın yeni binası üçün xərclərin 450 milyondan 770 milyona qalxması xəbərinə münasibət bildirərkən deyib.

“Çox təəssüf edirəm. Azərbaycanın qeyri-neft sektorunun ciddi inkişaf problemi olduğu bir dövrdə, hələ sosial tərəfdən minimum əməkhaqqının 345 manatdan qaldırmaq barədə iki ildir, fikirləşirik ki, qaldıraq, ya qaldırmayaq, minimum pensiyanın 280 manat olduğu bir vaxtda belə təntənəli, dəbdəbəli, dövlət idarələrinin nəhəng daşınmaz əmlaka pul qoyması pisdir, bərbaddır. Qəti surətdə tənqid edirəm. Bu, ölkə resurslarının səmərəsiz xərclənməsidir”, - ekspert deyib.

Poliqon.info


Etiket: Mərkəzi Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - Yenilənib

Türkiyədə Ərdoğanın vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

VII çağırış Milli Məclisin deputatları - Siyahı

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi

Entoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - Rəsmi

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

Rusiya nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - Video

Ən çox oxunanalar