Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell “Gəncə Marafonu - 2017“nin eksklüziv tərəfdaşıdır”

Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu - 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi.

 Azərbaycanın qədim mədəniyyət incisi Gəncə “Tarixlə addımla!” şüarı altında regionlar arasında keçirilmiş marafona ev sahibliyi edən ilk şəhər oldu. Müxtəlif ölkələrdən olan 11 min iştirakçını əhatə edən Marafon Gəncə şəhərində yerləşən “Zəfər Tağı”ndan start götürərək Heydər Əliyev adına park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi. 
 
Şirkət prezidenti Vahid Mürsəliyev başda olmaqla 60-a yaxın Azercell əməkdaşının da qoşulduğu bu layihənin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Layihə regionlarda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrindən olan müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Marafon insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradır. 
 
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell bu cür sosial layihələrə dəstək olmaqla bütün abunəçilərini, və bütövlükdə, ölkəmizdə yaşayan insanları sağlam həyat tərzinə səsləyir. 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar