Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq möhkəmlənəcək - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib...

2023-cü il iyulun 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, bu barədə Azərbayacan Ali Məhkəməsi məlumat yayıb.

Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib və onun rəhbərliyi ilə Türkiyənin bundan sonra da hərtərəfli inkişafa nail olacağına əminliyini ifadə edib.

Görüşdə Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız üçün güvənc mənbəyi olduğunu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsindəki münasibətlər bu gün uğurla inkişaf edir və bundan sonra mövcud əməkdaşlıq daha da möhkəmlənəcək.

Öz növbəsində, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdıraraq, Ali Məhkəmənin sədri və kollektivinə fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

***

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.

O qeyd edib ki, İnam Kərimov həmçinin Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca və ədliyyə naziri Yılmaz Tuncla da görüşüb.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar