Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Özbəkistan arasında hərbi sahədə təcrübə mübadiləsi aparılıb

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Müdafiə Nazirliyində general-leytenant Azər Əliyev ilə görüşüb...

Poliqon MN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, ordu quruculuğu sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə müxtəlif mövzularda brifinqlər təqdim olunub.
Qonaqlar burada yaradılan şərait ilə tanış olub, mərkəzin fəaliyyəti barədə məlumatlar əldə ediblər.

Daha sonra Əməliyyat (Komando) hərbi hissələrindən birinə gələn özbəkistanlı nümayəndələr hərbi hissənin təlim-tədris mərkəzi və burada hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olublar.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ən çox oxunanalar