Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın təhsil sisteminin keyfiyyəti bazarın tələblərinə cavab vermir? – Təhsil eksperti açıqladı

Azərbaycanda bu qədər universitetlərin fəaliyyətinə lüzum varmı? Ümumiyyətlə maddi-texniki bazaları demək olar ki, heç olmayan universitetlərin lisenziyalarının ləğv olunması daha doğru olmazmı?

Təhsil eksperti: “Təəssüflər olsun ki, bu gün Azərbaycan ali məktəbləri hələ də əmək bazarının tələblərinə uyğun olmayan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirirlər”

“Əsasən Aqronom, Baytar, Zootexnik, Meşəçilik, Balıqçılıq, Maşınqayırma, Gəmiqayırma kimi ixtisaslar üzrə ali təhsil üzrə kadr hazırlığı dayanmalıdır, Hüquqşünas, Müəllimlik, İqtisadçı kimi sahələr üzrə kadr hazırlığına qəbulu ciddi şəkildə azaltmaq lazımdır. Çünki əmək bazarında bu ixtisaslar üzrə kifayət qədər böyük sayda diplomlu, amma işsiz şəxs var”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin “Azərbaycanın təhsil sisteminin əmək bazarının tələblərinə cavab vermir” fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanın təhsil sisteminin bazarın tələblərinə cavab vermədiyini söyləyib. Son zamanlar isə istər dövlət qurumları, istərsə də özəl şirkətlər xaricdə təhsil alan gəncləri işə götürürlər. Vakansiya elanlarında da xaricdə təhsil alan gəncləri işə dəvət edirlər.

Həqiqətənmi Azərbaycanın təhsil sisteminin bazarın tələblərinə cavab vermir? Əgər bu belədirsə, onda Azərbaycanda bu qədər universitetlərin fəaliyyətinə lüzum varmı? Ümumiyyətlə maddi-texniki bazaları demək olar ki, heç olmayan universitetlərin lisenziyalarının ləğv olunması daha doğru olmazmı? Həmçinin son illər təhsil sistemində aparılan islahatlar təhsilin keyfiyyətinə təsir edibmi və bu keyfiyyət hiss olunurmu?

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Kamran Əsədov: “Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir”.

Problemin kökündə dayanan əsas səbəb kimi Azərbaycan ali məktəblərinin, xüsusilə də özəl ali məkitəblərin günün tələbinə uyğunlaşa bilməməsin görən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi. Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır:

“Təəssüflər olsun ki, bu gün Azərbaycan ali məktəbləri hələ də əmək bazarının tələblərinə uyğun olmayan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirirlər. Hazırda geniş iş imkanları olan informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, geoloji kəşfiyyat, ekologiya ixtisaslarına abituriyentlərin marağı aşağıdır.

Göründüyü kimi, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir. Halbuki, qərbdə artıq gələcəyin peşələrini müəyyənləşdirirlər və bu istiqamətdə kadrların hazırlanması üzrə hazırlıqlara başlayırlar.

Belə peşələrdən biri mikroflora üzrə mütəxəssisin olacağı vurğulanır. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkibləri müəyyən edəcəklər, həmçinin dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər. Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn evlərin damında, qazonlarda və s. əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikro-ferma mütəxəssisləri peyda olacaq.

Kamran Əsədov: “Ali təhsil müəssisələri də dövrün trendinə uyğun olaraq islahatlar aparmalıdır”.

Azərbaycanda isə bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikro-ferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır.

Problemin kökündə dayanan əsas səbəb Azərbaycan ali məktəblərinin, xüsusilə də özəl ali məkitəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi. Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır.

Kamran Əsədov: “Hal-hazırda universitetlərimizin bir çox ixtisasına qəbul ya dayandırılmalıdır yada qəbul sayı azaldılmalıdır”.

Hesab edirəm ki, ali təhsil müəssisələri də dövrün trendinə uyğun olaraq islahatlar aparmalıdır.
Daha ənənəvi xarakter daşıyan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmək lazım deyil. Hal-hazırda universitetlərimizin bir çox ixtisasına qəbul ya dayandırılmalıdır yada qəbul sayı azaldılmalıdır.

Əsasən Aqronom, Baytar, Zootexnik, Meşəçilik, Balıqçılıq, Maşınqayırma, Gəmiqayırma kimi ixtisaslar üzrə ali təhsil üzrə kadr hazırlığı dayanmalıdır, Hüquqşünas, Müəllimlik, İqtisadçı kimi sahələr üzrə kadr hazırlığına qəbulu ciddi şəkildə azaltmaq lazımdır. Çünki əmək bazarında bu ixtisaslar üzrə kifayət qədər böyük sayda diplomlu, amma işsiz şəxs var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar