Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq...” - Erməni deputatlar qorxuya düşüb

Azərbaycan ordusunun martın 24-də Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsi ermənilərin “arsax dövləti” xəyallarını birdəfəlik puç edir. virtualaz.org xəbər verir ki, Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan çoxlarının hələ Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin əhəmiyyətini anlamadıqlarını deyib.

Fərrux kəndi

Onun sözlərinə görə, Azərbaycan ordusu son irəliləmə zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. “Mən bunu yazıram ona görə ki, çoxları bilmədən, yaxud bilərəkdən ancaq Fərrux kəndini müzakirə predmetinə və prinsipial məsələyə çeviriblər. Əslində isə strateji planda Daşbaşı dağ silsiləsinin müxtəif sahələri Fərrux kəndinin alınmasından dəfələrlə böyük təhlükə yaradır”,-Abramyan bildirir.

Onun sözlərinə görə, azərbaycanlılar Fərrux kəndini aralıq zona kimi istifadə ediblər və kəndə daxil olandan dərhal sonra Daşbaşı yüksəkliyinin müxtəlif sahələrinə qalxmaq, orada mövqelər qurmaq, möhkəmlənmək, fasiləsiz təchizat üçün kənar yollar çəkməyə başlayıblar.

Azərbaycan hərbçiləri Daşbaşı yüksəkliyində

“Əgər Azərbaycan qoşunlarını əvvəlki mövqelərinə qaytarmasa (hansı ki, Tiqran bunu yuxusunda görə bilərdi, - red.) o zaman Qarabağın hazırda bizim nəzarətimizdə qalan (Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləri nəzərdə tutulur, - red.) hissəsində bizim belimizi qırmaq üçün misli görünməmiş situasiya yaradacaq”, - o yazıb.

Ermənistan” fraksiyasından olan digər müxalif deputat Artur Xaçatryan isə bildirir ki, əgər Azərbaycan Daşbaşı yüksəkliyini nəzarətində saxlamaqda davam etsə o zaman Xankəndi şimal-şərq istiqamətindən də ciddi problemlərlə üzləşəcək. Hansı ki, Şuşanın azad olunmasından sonra Xankəndi artıq şimal-qərb istiqamətindən Azərbaycan ordusunun “ovcunun içindədir”.

Qeyd edək ki, Fərrux dağ silsiləsində yerləşən Daşbaşı yüksəkliyindən Ağdam şəhəri də daxil olmaqla rayonun bir sıra kəndlərinə, o cümlədən Əsgərana və Xocalıya tam vizual nəzarəti təmin etmək mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar