Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ABŞ-dakı səfiri ölkəmizə qarşı səsləndirilən qərəzli iddialara cavab verib

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycan səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarda guya AzərbaycanErmənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək, bunun Sovetsayağı təbliğat olduğunu bildirib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.

Səfir “Waşinqton Post” və digər mətbu orqanlarda yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də, döyüşlərin başlamasından bir ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb.

Azərbaycan silahlı qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, - deyə səfir bildirib.

E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.

Sözügedən məqalə ilə https://www.washingtontimes.com/news/2020/nov/1/elin-suleymanov-azerbaijan-ambassador-denies-syria/?fbclid=IwAR1v6-kdJPf-qhir3JJ6ek9BTAqATbYDERJRvuMdkO4OQC9PNJYmMeI4DBg internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda, nüfuzlu “Neweek” jurnalına ABŞ-dakı prezident seçkilərini şərh edən səfir Süleymanov bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar