Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan külli miqdarda valyuta çıxarmaq istədilər


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 ABŞ dollarının qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb


 Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Bakı-Yekaterinburq aviareysi ilə Rusiya Federasiyasına getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub. Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 600 ABŞ dolları aşkar edilib.
 
Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan Respublikası vətəndaşı isə şifahi formada bəyan etdiyi  10 000 ABŞ dollarından başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən 19 300 ABŞ dolları aşkar edilib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar